BURA / ORA
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib Tarix : 07 İyul 2019, 18:40
Yazar : Qadinkimi.com
Birinci vitse-prezident Mehriban Əliyeva Şəki Xan Sarayının və şəhərin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.


Birinci xanımın "İnstagram” səhifəsində paylaşılan təbrikində deyilir:  "Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib. Bu gün isə biz Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını qeyd edirik. Bu tarixi hadisə münasibətilə bütün xalqımızı səmimi-qəlbdən təbrik edirəm!"
 
 
Qadinkimi.com