KİŞİ KİMİ
MƏHƏMMƏD BABAZADƏ Tarix : 28 Sentyabr 2022, 15:21


Mikrafonu tanka dəyişən oğul

5.05.1995 - 28.09.2020

Məhəmməd Cavanşir oğlu Babazadə 1995-ci il mayın 5-də Astaranın Marzəsə kəndində həyata gəlib.

2001-2012-ci illərdə Siyəkü kənd məktəbində təhsil alıb. Məhəmmədin gözəl səsi vardı. Lənkəranda musiqi məktəbində oxuyurdu. Müğənni olmaq istəyirdi. Həqiqi hərbi xidmətdən sonra fikrini dəyişdi. "Torpaqlarımız işğaldadı, əlimə mikrafon alıb orda-burda oxuya bilmərəm, bizə hərbiçi lazımdı”, - deyərək hərbiçi olmağa qərar verib. Yüngül mikrafonu ağır silaha-tanka dəyişib.

 


 

2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Balakəndə müddətli həqiqi hərbi xidmət keçib. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra, qərar verdiyi kimi, 2016-cı ildən Beyləqanda könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Sonra hərbi kurslarda oxuyaraq tankçı olmağı seçib.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Məhəmməd Babazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğruna başlanan Vətən müharibəsinin ilk hücum iştirakçılarının sırasında olub.

Hücum zamanı Füzulinin azadlıı uğruna döyüşlərdə igidlik göstərib. Məhəmməd Babazadə sentyabrın 28-də bu döyüşlərdə şəhid olub.

Astaranın Marzəsə kəndində dəfn olunub.Vətən 

23-də zəng edib anasıyla danışanda "Bakıdayam, bir aylıq kursdayam” deyib. Sonuncu dəfə sentyabrın 27-də anasına zəng edib: Bakıda yaşayan xalasıgildə olduğunu, hələ kursun bitmədiyini söyləyib. Ondan əvvəl xalasıyla danışaraq, "yalan”ını gizləməsini xahiş edib..

Oğlunun müharibədə olduğundan bixəbər olan Gülxarə ana qəfildən onun şəhid xəbərini alır.

Atası Cavanşir 2018-də xərçəng xəstəliyindən dünyasını dəyişib. Ailənin yeganə oğlu, 3 bacının – Arzunun, Pərvinin, Günayın qardaşı idi Məhəmməd.

Bacısı Arzuyla danışıram.”Ürəyinizdən keçənləri deyin”- deyirəm. Başqa söz tapmıram.

 

 Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası


"Ürəyim ağzına kimi doludu. Nə deyim, necə deyim, bilmirəm. Həyatımız alt-üst oldu. Ailənin kiçiyi idi. Mən ailənin ilk övladıyam. 9 yaş məndən kiçikdi Məhəmməd. Mənim üçün həmişə uşaq olub o. Heç böyüməyib gözümdə. Demə çox böyük ürəyi varmış. Demə böyüyübmüş mənim kiçiyim. Sentyabrın 23-də zəng vurdu. Bakıda kursdayam dedi. Arada gedirdi, inandıq. Demə müharibə olacağını bilirmiş. Bizi nigaran qoymaq istəməyib. 27-də danışanda da "mən kursdayam” dedi. 3 bacı və ananı necə narahat edərdi mərd ürəklim?. Vətən birinci idi onun üçün. Musiqini, oxumağı sevirdi, amma seçmədi. Şəhidliyi seçdi”. Bunları söyləyir Arzu...

Azərbaycanınərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu, döyüş tapşırıqlarını şərəflə yerinə yetirən ərənimizMəhəmməd Babazadə Azərbaycan Prezidentiİlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə” medalına layiq görülüb.

Füzuli rayonununişğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidliyi və şücaəti ilə seçilib.Azərbaycan Prezidentiİlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamı ilə "Füzulinin azad olunmasına görə” medalı verilib.

Elə şücaəti, igidliyi ilə qalıb yaddaşlarda Məhəmməd. Vətəninin ərazi bütövlüyü uğrunda canından keçən "Vətən uğrunda” medalına layiq görülən igid qanı ilə yazıb adını Vətən tarixinə.

 

 


 

 

 

Kamalə Abiyeva
qadinkimi.com