Dünyaşöhrətli müğənni Marlen Ditrix Sovet İttifaqına səfərə gələndə ondan soruşurlar: "Moskvada daha çox nəyi görmək istərdiniz? Kreml, Böyük Teatr, məqbərə?"
Bu əlçatmaz tanrıça Marlen sakitcə cavab verir: "Sovet yazıçısı Konstantin Paustovskini görmək istərdim. Bu mənim uzun illərdir arzumdur!"
Oradakıları lal sükut bürüyür. Bir dünya ulduzu və bir də qoca yazıçı Paustovski?! Bu nə cəfəngiyatdır?!
Axşam saatlarında ağır xəstə olan Paustovski nəhayət tapılır və onu Marlen Ditrixin konsertinə dəvət edirlər.
Sonra konsertdə baş verənlər özü bir əfsanəyə dönüşür. Yaşlı bir kişi səhnəyə çıxır. Dünya ulduzu, Remarkın və Heminqueyin dostu Marlen Ditrix birdən-birə, heç nə demədən, daşlarla işlənmiş axşam paltarında rus yazıçısının önündə diz çökür.
Paltar dar olduğu üçün ipləri qırılmağa başlayır və səhnəyə daşlar tökülür. Marlen Ditrix Konstantin Paustovskinin əlini öpür, göz yaşlarına qərq olur. Bütün böyük salon əvvəlcə donub qalır, sonra yavaş-yavaş, qeyri-müəyyən şəkildə ətrafa baxaraq qalxmağa başlayırlar. Bu tarixi və unudulmaz məqamı alqışlayırlar...
Daha sonra yaşlı və xəstə Paustovski bir kresloda əyləşir. Salondakı bütün tamaşaçılar ovuclarını döyərək susduqda, Marlen Ditrix sakitcə Konstantin Paustovskinin "Telegram" hekayəsini həyatındakı ən böyük ədəbi hadisə hesab etdiyini, təsadüfən bəzi alman kolleksiyalarında tərcümədə oxuduğunu onlara danışır.
Ditrix deyir: "Bu hekayəni oxuduqdan sonra özümə söz verdim ki, bunu yazan yazıçının əlini öpməliyəm. İndi bu gerçək oldu! Bunu bacardığım üçün xoşbəxtəm. Təşəkkür edirəm!"
Mənə görə çox təsirli hadisə idi. Yazıçıya verilən dəyər möhtəşəmdir!
Vasif Ayan
qadinkimi.com