BURA / ORA
Ölkələrin hündür bayraq yarışı - bizim bayraq hanı Tarix : 09 Noyabr 2019, 15:29
Hamı bayraq paylaşır...nə gözəl 

2010-cu ildə 30 milyon dollar büdcə ilə bayraq meydanı tikdilər. Sentyabrda açılışdan sonra təmir üçün yenidən 10 milyon pul ayrıldı.
Bir sözlə, 40 milyon dollar pul xərclənən bayraq meydanı 5-6 il sonra çökdü. 

Artıq 2 ilə yaxındır, milyonlar xərclənən, adı "Bayraq meydanı" olan yerdə bayraq yoxdu.

Əlavə olaraq o meydanda dənizin içərisinə, "Mayak" restoranına körpü çəkdilər, ora da çökdü (indi bağlıdır o körpü). 

Bayraq meydanı ətrafında hektarlarla ərazidə gedin gəzin, velosiped sürün. Bütün kafellər laxlayır və əksəriyyəti qırılıb artıq. 

Təntənəli mərasimlə, lazer şouları-gurultulu bəh-bəhlə açılışı edilən və dünyanın ən hündür bayrağının orada olduğu deyilən yerdə artıq bayraq yoxdu.

30-40 milyon dollara bir şəhərin, rayonun bütün infrastrukturunu sıfırdan ən yüksək səviyyədə təmir etmək olardı. 

30-40 milyona 500-1000 işçisi olan normal bir istehsal müəssisəsi qurmaq olardı. 

Amma yox...

Bu tip mənasız görüntülərə hansı ölkələr pul xərcləyir, "ən böyük məndə", "ən hündür məndə" hansı ölkələr deyir? 

Bizdən sonra küylənib Tacikistan ən hündür bayraq meydanı tikdi, sonra Ərəbistan.

İndi dünyada hündür bayraq yarışına girən ölkələrə baxın.
Birinci yer: Səudiyyə Ərəbistanı, ikinci: Tacikistan, üç: Azərbaycan (amma çökdü, yoxdu), sonra Şimali Koreya, İordaniya, Qazaxıstan, BƏƏ, Malayziya, Qırğızıstan və Belarusiya hündür bayraqla lovğalanan ölkələr sırasındadı. 

Yazdı: Şəhriyar Məhərrəmov
qadinkimi.com