BURA / ORA
LGBT rəngləriylə dini poster düzəldən qadın həbs edildi Tarix : 06 İyun 2019, 23:15
Yazar : Qadinkimi.com
Bu yaxınlarda polşalı insan haqları aktivisti Elzbieta  Podlesna həbs edilib. Aktivist LGTB rəmzi olan rənglərlə əhatə olunmuş Məryəm ana və İsa Məsih posteri hazırladığına görə cinayət məsuliyyətinə cəlb edilib. Elzbieta dini dəyərləri təhqir etməkdə günahlandırılır. Bu səbəblə evinə basqın edilərək saxlanılıb. Hazırda istintaq gedir. 

Polşa polisi Elzbieta Podlesnanın plakatları kiçik Polşa şəhəri olan Plotskda hər yerdən asdığını deyib. Eyni zamanda polis qadının evində və maşınında axtarış edilən zaman daha çox plakat tapıldığını deyib. Elzbieta Amnesty Internationalın tədbirindən geri qayıdarkən həbs edilib. Prokurorlar onu dini hisslərin və dəyərlərin təhqir edilməsində günahlandırırlar. Vəkili Radoslav Başuk açıqlamasında bildirib ki, məhkəmədə mübarizə aparacaqlar. Onun sözlərinə görə Elzbietanın niyyəti hökumətin cəmiyyətə təqdim etdiyi kimi iyrənc deyil. "O, ittihamı rədd edir" - vəkil deyib. 
Qeyd edək ki, plakat cəmiyyətdə şiddətli etiraz yaradıb. 

Daxili İşlər Naziri özünün Twitter hesabında bununla bağlı yazıb: Heç kimin azadlıq ərköyünlüyü və heç bir tolerantlıq insanların inancını təhqir etməyə əsas vermir".  
Amnesty International iddia edir ki, bu, hakimiyyətin "sülh fəaliyyəti"nə müdaxiləsidi. 

Qeyd edək ki, aktivist iki il müddətinə azadlıqdan məhrum edilə bilər. 
 



qadinkimi.com