Porath və Pearson, "Pis davranışların xərci” adlı kitablarında iş yerində nəzakətli olmağın əhəmiyyətinə toxunaraq, əks davranışların səbəb olduğu mənfi mühitin performansı və motivasiyanı azaltmasına diqqəti yönəldir. İclaslarda mesajlaşmaq, qeybət etmək, başqalarının işi üstünnən mənfəət əldə etməyə çalışmaq... Uzanıb gedən bu kobud davranışlar siyahısı şirkətləri milyonlarla dollar zərərə uğradır.
İş yerindəki kobud davranışların bir neçə adamın canını sıxmaqdan da əlavə digər zərərləri ola biləcəyini və ya şirkətlərə milyardlarla dollara başa gəldiyini bilirsizmi? USC Marshall School of Business professorlarından Kristin Porat və Thunderbird School of Global Managementdə idarəçi professor olan Kristin Pirsona görə bu belədi. Şəxsi uğur saytında yer alan məqaləyə görə iki professorun birgə yayımladıqları " Pis davranışların xərci” (The Cost of Bad Behavior) : How Incivility is Damaging Your Business and What to Do About It) adlı kitab, pis davranışların şirkətlərin mənfəət dağarcığına təsir edəcəyini ortaya qoyduğunu deyir.
Təhqir və zorakılıq
İclaslarda mesajlaşmaq, qeybət etmək, başqalarının işi üstündən qazanc əldə etməyə çalışmaq, e-poçta gələn mesajları görməməzliyə vurmaq kimi davranışlarla "xahiş edirəm” və "təşəkkür edirəm” kimi sözləri istifadə etməməyin iş yerlərinə narahatlıq verməkdən çox daha vacib təsirləri var.
İş məhsuldarlığı
Porat və Pirson etdikləri işdə bu cür davranışların səbəb olduğu mənfi mühitin performansı və yaratma motivasiyasını azaltdığını, daha da vacibi bu davranışlara məruz qalanların yeni iş axtarışına başladığına diqqət çəkir. Ancaq bu iki tədqiqatçının ən böyük iddiası bütün bu mövqelərin yaradacağı 300 milyard dollarlıq zərərdi. Porat və Pirsonun araşdırmasına görə, hər 10 işçinin səkkizində təhqir və zorakılığın yaratdığı həyəcan və narahatlıq işin səmərəliliyini (verimliliyini) aşağı salır. Eyni zamanda bu şəxslərin iş yerinə olan bağlılığı da azalır. Başqalarının səyləri üzərindən qazanc əldə etməkdən tutmuş qəzəb krizləri keçirməyə qədər dəyişən bu qabalıq yalnız buna məruz qalana təsir etmir. İş yerində bu əməllərə şahid olanlar da bilvasitə olaraq təsirlənir. Üstəlik çalışanlar arasında nəzakətsiz hərəkətlərə şahid olan bir müştəri 50 faiz ehtimalla bir daha o şirkətlə işləməyə üstünlük vermir.
Bəs söymək? Söyüş bir çox əməkdaşı incidə, yaralaya bilər. Lakin, Yeni Zelandiyanın Victoriya Universiteti tərəfindən aparılan bir araşdırmaya görə, söyüş bir emosional boşalma olaraq qəbul edildiyi üçün insanları bir birinə yaxınlaşdırmaqla komandaların çalışma ruhunu artıra bilir. Digər tərəfdən Yeni Zelandiyadakı bir sabun fabriki üçün doğru sayıla bilən bu durum Cisco Systems kimi bir texnologiya əməliyyatına milyonlarla dollarlıq ziyan vura bilir.
Porat və Pirsonun kitablarında göstərdikləri Cisco nümunəsinə görə, iş yerindəki nəzakətsizliyin onlara illik 8 milyon dollara başa gəldiyini anladıqda şirkət ölkələr arası bir nəzakət proqramı hazırlayır.
Cisconun Porat və Pirson məsləhətləşməsində başladığı proqram çərçivəsində təhqir və ya hörmətsizlik edən şəxsin cəza ödəməsi, ya da törətdiyi əməli etiraf edərək üzr istəməsi kimi tədbirlər yer alır.
İşdən kənarlaşmaq
Rəhbər və mütəxəssislərin hansı davranışın qəbul ediləcək davranış olub olmadığı mövzusundakı standartlara əməl olunmasının çox önəmli olduğuna vurğulayan Porata görə, şirkətin atdığı hər addımda nəzakət olmalı və bu sahədəki dəyişiklik ən təpədən yəni rəhbərlikdən başlayır. Nəzakət dişlərindən biri qırılsa yaxşı işləyənlər şirkətdə qalmır və bu da şirkətləri ziyana uğradır.
İş yerində bunları etməyin
1. Başqalarının səyləri üzərindən mənfəət əldə etmək
2. Öz səhvlərinə görə başqalarını günahlandırmaq
3. İclas zamanı e-poçtunuza nəzarət etmək, ya da mesajlaşmaq
4. Hesab özünə kəsilməsin deyə pis xəbərləri e-poçtla göndərmək
5. Başqalarını alçaltmaq
6. Dinləməmək
7. Dedi-qodu yaymaq
8. Uğursuzluqlarda hirsini başqalarının üstünə tökmək
9. Xahiş edirəm və ya təşəkkür edirəm deməmək
10. İclaslara heç bir izahat vermədən gec gəlib tez ayrılmaq
11. Başqalarının səylərini kiçiltmək, aşağılamaq, önəmsəməmək
12. Təkəbbürlü mesajlar atmaq
13. Başqalarını pisləmək üçün onlardan gələn e-poçtları forward etmək
14. Aşağılayıcı və uyğunsuz izahlar vermək
15. Məlumatı özünə saxlamaq
16. Telefonları açmamaq və mesajlara cavab verməmək
17. Başqalarına ötürüləcək işləri baş açılmaz vəziyyətdə təhvil vermək
18. Davamlı olaraq asan işləri özlərinə götürərək çətin işləri başqalarına buraxmaq
19. Birini, ya da bir neçə şəxsi komandadan ayırmaq, ayrıseçkilik salmaq
20. Digərlərinin fikirlərinə az maraq və diqqət göstərmək
Qadinkimi.com