HƏR ŞEY / HEÇ NƏ
Kişilər üçün düşünülmüş, lakin qadın qarderobunda yer alan 7 nüans Tarix : 28 İyun 2022, 15:32

 

Kişilər üçün düşünülmüş, lakin qadın qarderobunda yer alan 7 nüans. Dədə-babalarımızın çəkdikləri əziyyətlər yalnız sözlə ifadə ediləcək məsələ deyil. Onlar dəbin bütün yeniliklərini görmüş və öz üzərilərində yaşamışlar. İnanın, uşaq bağçasında geyinilən ağ corablar və qısa şortlar hələ hər şey demək deyil.

Maraqlıdır ki, bu gün qadınların istifadəsində olan aksesuarların bir çoxu kişilər üçün düşünülmüşdür. Dəb olduqca təəcübləndirən məsələdir.

Bir çox ləvazimatlar olduqca narahatdır. Bu səbəbdən də, rahatlığa daha çox önəm verən kişilər zamanla bəzi yenilikləri qadınlara həvalə etmişlər.

 


Qarmaq bağlar

Bəli, bəli. Qadın alt geyiminin (məmədanların) bağlanması üçün istifadə edilən qarmaq bağlar məhs kişilər üçün kəşf edilmişdir.

 

Bir müddət sonra bütün kişilər öz qardiroblarında bu kimi yenilikdən istifadədən imtina etmişlər. Lakin, qarmaqlar karsetlərin istifadəsi zamanı olduqca uyğun hesab edildi. Beləliklə, zamanla digər məqsədlərlə də istifadəsinə başlanıldı.

 


Hündür kabloklar

İlk dəfə kabloklardan X əsrdə fars çaparları istifadə etməyə başlamışlar. Hündür kablokla olan çəkmələr onlara at sürərkən əllərinin sərbəst saxlamaqlarına və beləliklə rahat ox atmaqlarına yardımçı olurdu.

XVII əsrdə fransızlar onu dəbin mərkəzinə gətirmişlər. XIV Lui-nin dövrünsə sarayda yaşayanlar hündür kabloklara malik fərqli ayaqqabılar geyinməyə başladılar. Əlbətdə ki, ən önəmli məqsəd bacardıqca hündür görünməkdə idi.

 

Zamanla qadınlar sözü gedən yeniliyi hündürlük məqsədi ilə əldə etmədilər. Uzun geyimlərin altında gizlədilən ayaqlar onsuzda görünmürdü. Lakin, göründükdə belə kabloqlu ayaqqabıda ayaqlar daha incə görünürdü. Məqsəd yerlə olan əyaqqabıdan daha fərqli incə görünüşün əldə edilməsi ilə bağlı idi.

 


Çantalar

Uzun zəncirlərdən asılan qadın çantaları ilk öncə kişilər üçün hazırlanmışdır. Orta əsrlər dövründə kişi cibləri məhs bu cür görünürdü.

 

Çantalar kəmərə bərkidilir və açarların, pulun və digər gərəkli əşyaların saxlanılması üçün istifadə edilirdi. O zamanlar bütün kişi geyimləri kimi çantalar da xüsusi bəzəklərlə bəzədilirdi.

 


Strinqlər

Əyninizdə qabağı örtən, arxanı isə tamami ilə açıq qoyan alt geyimi təsəvvür edin. Məhs bu geyim kişilərin ilk geyimləri sırasında önəmli yer tutur. Tarixi mənbələrə əsasən eramızdan 42000 il öncə Afrikalı kişilər məhs bu cür geyinmişlər.

Daha sonra bu kimi alt geyimləri qədim Misirdə və Antik Yunanıstanda peyda oldu. Qeyd edək ki, bu zaman da yalnız kişi geyimi kimi nəzərdə tutulurdu. Məqsəd idman hərəkətləri və fiziki işlər zamanı kişi cinsi orqanının sallanmağının qarşısını almaq üçün idi.

 

Orta əsrlərdə Avropada strinqerlər unudulsa da, yapon samurayları aktiv şəkildə istifadə etməyə davam etdilər.

Yalnız 1939-cu ildə ilk dəfə qadınlar tərəfindən istifadə edilməyə başlanıldı. Həmin il Nyu-Yorkda ümumdünya sərgi keçirilir. Nəticədə şəhər meri rəqqasələrin intim hissələrinin görünməməyi üçün həmin hissələri örtmək tapşırığı verir. Nəticədə indiyə qədər tamami ilə lüt rəqs edən qızlara birdən-birə maraq itməyə başlayır.

 


İntim gigiyena üçün bir dəfəlik vasitələr

Bəli, bu nüans da kişilərlə bağlı olub. İlk dəfə sellyuliz nəmçəkən tamponlar birinci dünya müharibəsi zamanı əsgərlərin qanaxmalarının qarşısını almaq üçün yaradılmışdır. Eyni zamanda ondan həm də qazəlehinə maska kimi də istifadə etmişlər.

Lakin, hərbi hospitallarda çalışan tibb bacıları tez zamanda tamponların qadın gigiyenasında daha çox işə yarıyacağını anladılar. Müharibədən sonra kişilər arasında yaralanma halları azaldığından qadınların bu kimi gigiyenik təmizlik vasitəsinə marağı artdı. Nəticədə yaralar üçün nəzərdə tutulan tamponlar istifadə sahəsini dəyişdirdi.

 


Uzun corablar

İlk dəfə avropa kişiləri uzun corabları ərəblərdən kopyalamışlar. XIV əsrdən etibarən istifadə edilmiş və daha çox kalqotqaları xatırladırdılar.

 

İllər keçdikcə kişi şalvarları qısalmış və corablar uzanmışdır. Dəbin dirçəlişi illərində fərqli, bahalı materiallardan istehsal edilməyə başlanıldı və ipək saplardan istifadə edildi. Adi kişilər adətən qara corablardan istifadə edirdilər.

 


Çəhrayı paltarlar

Oğlan və qız uşaqlarının geyimlərinə görə dəqiq fərqləndirilməsi XX əsrdən etibarən marketinq siyasəti nəticəsində baş vermişdir. Beləliklə, az yaşlı uşaqlar digər cinsdən olan uşaqların geyimlərini geyinə bilmədilər. Nəticədə, valideyinlər yeni geyimlər almaq məcburiyyətində qaldılar.

XVII-XIX əsrlərdə oğlan və qız uşaqları fərq qoyulmadan ağ rəngli geyimlərlə geyindirilirdilər. İlk dəfə geyimlərdə cinsə görə rəng müəyyənləşdirmə 1918-ci ildə başlamışdır. O illərdə Amerika dərgisi uşaqların valideyinləri üçün bir neçə məsləhət dərc etdirmişdir: "Bizim fikrimizcə çəhrayı rəng nisbətən tünd və güc bəxş edən rəng olduğundan oğlan uşaqlarının çəhrayı, qız uşaqlarının isə açıq mavi rəngdə geyindirilməsi daha yaxşı olardı”.

Zamanla isə Fransız dəbinin təsiri nəticəsində bütün anlayışlar və qaydalar yerlərini dəyişməyə başladı.

 

 


Mənbə: topmister.org

qadinkimi.com