Atalarını qətlə yetirməkdə ittiham olunan erməni əsilli Xaçaturyan bacılarının qalmaqallı cinayət işi ilə bağlı yeni açıqlanan səs yazıları sosial şəbəkələrdə səs-küy yaradıb.
Xatırladaq ki, Mariya, Angelina və Kristina Xaçaturyan bacıları 2018-ci ilin iyul ayında saxlanılıblar. Daha sonra ictimaiyyətin təkidi ilə istintaq dönəmində azadlığa buraxılıblar. İstintaqın araşdırmasına görə qızlar ataları tərəfindən davamlı şəkildə zorakılığa məruz qalıblar. Belə ki, Mixail Xaçaturyan illərdir onları təhqir edir, fiziki və cinsi istismara məruz qoyurmuş. Atalarını qətlə yetirən zaman qızlar 17, 18 və 19 yaşlarında olublar.
Bu günlərdə atanın qızlarından biri ilə şəxsi yazışması üzə çıxıb. Bu yazışmadan da göründüyü kimi, Mixail Xaçaturyan övladlarını təhqir edir, onları evdən qovmaqla hədələyir. Yazışmanı "Moskovskiy Komsomolets" qəzeti yayıb.
Qəzetin bildirdiyinə görə, həmin səsli yazışmalardan birində bu fikirlər yer alır: "Gəlin xoşluqla mən sizin ananızı (...) sizin dəllal qardaşınızı (...) sizi, fahişələr (...)”
Xaçaturyan başqa bir mesajında qızına deyir: "Angelina, davamlı əməcəksən... Etdiyiniz hər şeyə görə sizi döyəcəm, öldürəcəm... Sən ay fahişə, Allaha and içmə, ay fahişə, Allahın adını vermə, Allaha and vermə, ay dələduz, ay fahişə..”.
Amma qarşılığında Angelina atasına "Siz” deyə müraciət edir və onunla nəzakətlə danışır: "Hətta bilmirik siz bizi niyə qovursunuz?”.
Qeyd edək ki, işin istintaqı bu ilin iyun ayında başa çatıb. Bacılar sui-qəsd yolu ilə atalarını qətlə yetirməkdə ittiham olunurlar. Avqustun 20-də istintaq bacıların zorakılığa məruz qaldıqları faktını təsdiqləsə də, müstəntiqlər ataları Mixailin onlara qarşı törətdiyi əməllərlə bağlı iş açmayıblar. Üstəlik, "Kişi dövləti” adlı kişi hüquqlarının müdafiəsi hərəkatı etdikləri cinayətə görə bacılara ən ağır cəza verilməsini tələb edir.
qadınkimi.com