BURA / ORA
“KƏŞF”İ İLƏ MƏŞHURLAŞAN MƏKTƏBLİ - FOTO / VIDEO Tarix : 11 Noyabr 2019, 22:29
Yazar : Qadinkimi.com
Dünyada imkansızlıqdan təhsil ala bilməyən uşaqların sayı az deyil. Onların bir qismi ailəsinə kömək etmək üçün işləməli olur. Bir qismi isə heç bir çətinliyə baxmadan oxuyur.

Filippinli bir şagird ləvazimatları olmadıqda belə oxumağın mümkünlüyünü sübut etdi. Pozanı olmayan Harold onu əvəzləməyin yolunu tapdı.
Harold Labutonqun ailəsi məktəbli oğluna pozan ala bilməyəcək qədər kasıbdır. Pozanı olmayan Harold çıxış yolu tapıb.

Bir dəfə o, sinif yoldaşından pozan istəməli olur. Sinif yoldaşı pozanın rezindən hazırlandığını deyir. O gündən oğlan rezin çəkələklərdən pozan düzəltmək haqda düşünür. Nəhayət dərsdə səhvlərini pozmaq üçün rezin ayaqqabısından pozan kimi istifadə edir. Bu "kəşf”i Haroldun xoşuna gəlir.
 


Sinif rəhbəri Haroldun çox ağıllı və mədəni, ailəsinin isə çox kasıb olduğunu söyləyir. Onlar oğlana pozan, qələm belə ala bilmirlər. Harold köhnə, işlənmiş qələm qırıqlarından istifadə edir. Amma uşaq çox nikbindir və oxumağın daşını atmaq istəmir. Təəssüf ki, Harold kimi imkansız uşaqlar çoxdur. İndi o, məktəbdə öz tapdığı yeni orijinal üsuluna görə məşhurlaşıb. 
 

 
Qadinkimi.com