Kanadada uşaq evi və qocalar evini birləşdirmək kimi möhtəşəm bir fikir irəli sürülüb. Nəticə isə gözləniləndən də yüksək olub. Yaşlılar sevgi dolu nəvələrini tapıblar, ata-anasız uşaqlar isə ilk dəfə valideyn sevgisi və qayğısı hiss ediblər.
Həkimlər həmin yaşlıların bütün həyati funksiyalarının yaxşılaşdığını, gözlərinə işıq gəldiyini və yaşam güclərinin artdığını müəyyən ediblər.
Uşaqlar gələnə qədər yaşlıların sönük gözləri onları mumyaya bənzədirdi. Uşaqlardakı sıxıntı, qorxu, kədər, güvənsizlik hissi isə şıltaq səs-küylə əvəz olunub.
Kimsə heç vaxt sahib olmadığı ailəyə sahib olub, kimsə nəvələrlə əhatələnib.
Bu möhtəşəm ideya haqda eşidən hər kəs müəllifi alqışlayır.
Mənbə: Pikabu.ru
Qadinkimi.com