BURA / ORA
Jacinda Ardern – Yeni Zelandiyanın qadın baş naziri dünyaya necə örnək oldu Tarix : 30 Aprel 2019, 00:20
Yazar : Qadinkimi.com
 
 
Jacinda Ardern kimdir? Yeni Zelandiya məscidlərinə hücumdan sonra öz davranışıyla rəğbət qazanan baş nazir

Jacinda Ardern bütün dünyaya əsl liderlik, birlik, sevgi və güclü xarakterə sahib olmağın nə demək olduğunu göstərdi.

İngiltərənin Guardian qəzetindəki bu xəbər Yeni Zelandiyanın Christchurch şəhərində 50 nəfərin ölümü ilə nəticələnən məscid hücumlarından sonra dünyanın bir çox yerində mətbuat və sosial mediada aktual xəbərlərdən idi.

38 yaşındakı Yeni Zelandiyanın baş naziri və Əmək partiyasının lideri Jacinda Ardern Zelandiyanın yaxın tarixindəki ən böyük hücumdan sonrakı davranışıyla bütün dünyaya səs saldı.

Sizi Jacinda Ardernin şəxsi həyatı və siyasi keçmişi haqqında bəzi maraqlı məqamlarla tanış etmək istərdik.

Tam adı Jacinda Kate Laurell Ardern olan Yeni Zelandiyanın baş naziri, partnyoru və TV aparıcısı olan Clarke Gayford, 1 qızı və pişiyi ilə yaşayır.

Jacinda Ardern aqnostik bir inanca sahibdir. Mormonlar arasında böyüsə də onların eyni-cinslilər arasındakı münasibətlərə qarşı çıxması səbəbindən  kilsədən ayrılmışdı.

17 YAŞINDA İKƏN ƏMƏK PARTİYASININ (LABOUR PARTY) SIRALARINA QOŞULUR
 
 
Ardern, Əmək partiyasına 17 yaşında üzv olub. 1997-ci ildə İngiltərədə baş nazir seçilmiş Tony Blair və Yeni Zellandiyanın 2008-ci ildə seçilən keçmiş baş naziri Helen Clarkın komandasında işləmişdi.

Pulsuz təhsil, abort qadağasının aradan qaldırılması və uşaqlar arasında kasıbçılığın ləğv edilməsi kimi mövzularda mübarizə aparırdı. Özünü "sosial demokrat və tərəqqipərvər” adlandırırdı.

2017-ci ildə baş nazirlik yarışında tez-tez Kanadanın baş naziri Justin Trudeau və Fransa prezidenti Emanuel Macronla müqayisə edilirdi. Hər üçünün də gənc, tərəqqipərvər və iddialı tərəfləri qarşılaşdırılırdı.

Seçildiyi vaxtlarda o qədər məşhur idi ki, bəzi təhlilçilər asudə vaxtlarında Dj-lik edən Ardernin siyasi baxımdan  ciddiyyətindən şübhə etməyə başlamışdılar.

VƏZİFƏDƏ DOĞAN BAŞ NAZİR
 
 
Keçən yaz (Pakistanın keçmiş Baş naziri Benazir Buttodan sonra)  dünyada vəzifədəykən ana olan 2-ci Baş nazir Ardern, 6 həftəlik analıq məzuniyyətinə çıxmışdı.

Balaca qızı ilə BMT-yə qoşulandan sonra qısa bir zamanda Amerikanın televiziya kanallarındakı söhbət proqramlarının məşhur qonaqlarından birinə çevrilmişdi.

DÜNYANIN HƏR YERİNDƏ TƏQDİR EDİLDİ


 
 
Son məscid hücumlarından sonra öz davranışı ilə Ardern ən "çətin anda belə ən düzgün qərarı verən” bir dünya lideri kimi tanındı.

Guardian yazıçısı Suzanne Moore onu belə təsvir edərdi:

Martin Luther King əsl liderin uzlaşma axtarmayıb, özlərinin uzlaşma yaratdıqlarını demişdi. Ardern də şəfqət və birləşdiriciliyi ilə yol göstərərək fərqli bir uzlaşma yaratdı.

Terror fərqlilikləri görür və onları ləğv etmək istəyir. Ardern fərqlilikləri görür, hörmətlə yanaşır və onlarla əlaqə qurur”.

Amerikanın Washington Post qəzetinin yazarlarından İshaan Tharoor isə "Ardern, xalqının kədəri, yası və qaranlığının simvolu halına gəldi” yazarkən , Avstraliyanın ABC saytında "Bir liderin qarşılaşa biləcəyi ən çətin anda Ardern heç bir səhv etmədi” kimi bir şərh yer aldı.

"HAMIMIZ BİRİK, ONLAR BİZİK”
 
 
Sadəcə media şərhçiləri deyil, dünya liderləri də eyni düşüncədə idi.

Pakistan Xarici İşlər Naziri Muhamməd Faydalı, Ardernin Pakistanlıların sevgisini qazandığını deyərkən, ABŞ-dakı Martin Luther King Mərkəzinin sosial media hesabında "Yeni Zelandiyada sevgi dolu bir lider görürük” şərhi yazıldı.

Ardern öz ölkəsi Yeni Zelandiyada  hücum sonrası vəziyyəti idarə etməyi bacardı.

Yeni Zellandiyadakı BBC müxbiri Hywell Griffith, Ardernin məscid hücumları zamanı ölənlər haqqında işlətdiyi "Hamımız birik, onlar bizik”  cümləsini ölənlərin ailələrindən də eşitdiyini dilə gətirdi.

Yeni Zelandiyada  müxalifətdəki Milliyyətçi Partiyasının lideri Judith Collins isə Parlamentdə belə demişdi:

"Fövqaladə bir performans göstərdi.”

Mənbə:  1lady.az