Zəkası, ağlı ilə seçilən qızı qardaşları Morra nəslinə məxsus qəsrdə saxlamaq qərarını verirlər. Ona görə İzabellanı saxlığında tanıyan olmur. İzabelin xarici aləmlə əlaqəsi olmayıb. Hərbçi və şair Dieqo Sandeval de Kastro qızın yazışdığı yeganə adam idi. O, Dieqo ilə mürəbbisinin vasitəsilə məktublaşa bilib.
Bu yazışmadan xəbər tutan qardaşlar gənc İzabellanı qətlə yetirir və qaçırırlar.
İzabellanın yazıları qətldən sonra qəsrdə aparılan axtarış zamanı ələ keçir. Onun 13 şeiri tapılır. Bu şeirlər ölümündən sonra dərc olunur. İ. Morra romantik poeziyanın sələflərindən sayılır. Onun poeziyasında yaşadığı ağrılar duyulur. Bir - neçə il sonra İzabellanın sonetləri Neapolda məşhurlaşır, onların sorağı Venesiyaya da çatır. Lüdovik Dolçe üçcildlik antalogiyada İzabellanın sonetlərini də təqdim edir. 1629 - cu ildə İzabella di Morraya heykəl qoyulur.
Sağlığında heç kimin tanımadığı, kişi eqosunun qurbanlarından olan xanımın yaradıcılığı indiyə qədər müzakirə və mübahisə mövzusu olsa da, yaratdıqları İtalyan poeziyasının ən gözəl nümunələrindən hesab olunur.
Hazırladı: Kamalə Abiyeva
Vikepediyanın məlumatlarına istinad edilib.