BURA / ORA
İSVEÇRƏDƏ NƏNƏLƏR HÖKUMƏTİ MƏHKƏMƏYƏ VERİB Tarix : 26 Yanvar 2019, 11:14
Özlərini "Nənələr" adlandıran 64 yaşdan yuxarı qadınlar qrupunun İsveçrə hökuməti qarşısında məhkəmədə qoyduqları tələblər rədd edilib. Qadınlar isə mübarizəyə davam edirlər. 

459 qadından ibarət "nənələr" qrupu İsveçrə hökumətindən iqlim siyasətini dəyişməyi tələb edir. Nənələr  idda edirlər ki, bu siyasət onların nəvələrinə yaxşı baxa bilməsinə mane olur. Öz sağlamlıqlarını qoruyaraq nəvələr üçün sağlam nənə olmaq, onlara daha sağlam cəmiyyət buraxmaq üçün dövlətin iqlim siyasəti dəyişməlidi.   

Qrupun sözcüsü Ursula Brunner deyir: "Hədsiz istilər yaşlı qadınların ölümünə səbəb olur.  Araşdırmalar göstərir ki, yaşlı adamlar orta yaşdan daha çox təhlükə qarşısında qalır. Onların istiyə dözümlülüyü çox zəifdi.  Bu istilərin iqlim dəyişikliyinin nəticəsi olduğunu bilirik". 

'Nənələr" qrupunun tələbləri arasında mühərrik yanacaq vergisi, icbari bina təmiri proqramı və nəqliyyat vasitələri üçün emissiya nəzarəti də var. 
Nənələr İsveçrənin iqlim qanununu qlobal istiliyin qarşısını almaq üçün yetərli saymırlar. Kioto Protokolu altında yazılmış tələb edilən emissiya azaltma dərəcəsi yüzdə 25 olduğu halda İsveçrə öz üzərinə sadəcə yüzdə 20 öhdəlik götürüb.   

Bu, ölkədə iqlim siyasəti ilə bağlı ilk məhkəmə prosesidi. 

Məhkəmə ittihamı rədd edib. İsveçrə Federal İdarə Məhkəməsi təmin olunmama səbəbini belə açıqlayıb: Bəlli bir yaşdan sonra qadınların həyatlarının keyfiyyətinin azalması və iqlim dəyişikliyi zamanı istilərdən sağlamlıqlarına ziyan dəyilməsi haqqında inandırıcı dəlil yoxdu". 
Məhkəmə qərarı "nənələr" qrupunun üzüntüsünə səbəb olub. Onlar bu qərarı "məhkəmə iqlimin bizim sağlığımıza təsir etməsini gözardı etdi" kimi qiymətləndirib.  

Qadınlar daha üst instansiyaya  şikayət verməyə hazırlaşırlar.