BURA / ORA
İranda 5.9 bal gücündə zəlzələ olub Tarix : 08 Noyabr 2019, 10:54
Daha çox azərbaycanlıların yaşadığı İranın şimalında 5.9 bal gücündə zəlzələ olub! Ölən və yaralananlar var…
İrandan gələn xəbərlərə görə, 5.9 bal gücündə olan zəlzələ cümə axşamı İran saatı ilə gecə 02:17 radələrində Türkmənçay şəhərinin Verənkəş kəndində baş verib.

Zəlzələ episentrinin 8 km dərinlikdə olduğu bildirilir. 

İran Dövlət Televiziyasının verdiyi məlumatlara görə, zəlzələdə azı 6 nəfər həyatını itirib, 300 nəfər isə yaralanıb. 

Qeyd edək ki, 5.9 bal gücündəki zəlzələdən sonra 02:20 radələrində 4.1 bal gücündə ikinci təkan da müşahidə edilib. 
Zəlzələnin Gilan, Zəncan, Ərdəbil və Kazvin əyalətlərində də hiss edildiyi və xəsarətlərə yol açdığı bildirilib. 


qadinkimi.com