Son zamanlar Azərbaycanda yeniyetmə intiharları ilə yanaşı, cəmiyyətdə kifayət qədər mövqe tutmuş, vəzifəsi və işi olan həkim, müəllim, məktəb direktorunun intihar etməsi xəbərləri artmaqdadır.
Ölkədə son 1 ildə intiharlar epidemik hala çevrilib. Bu artıq ciddi pxisoloji problemlərdən xəbər verir.
"Kafard sindromu" nədən başlayır və əlamətləri hansılardır?
Bakupost.az -a açıqlama verən psixiatr-həkim Abdulla Şıxlınski son intiharlarların "Kafard sindromu" səbəbindən baş verdiyini bildirib.
"Hazırda insanların intihar etməsinin əsas səbəbi psixologiyada "Kafard sindromu" adlanan bir sindromun yaranmasıdır. Bu sindromu fransız psixiatrları təsdiq ediblər. İlk dəfə fransız hərbçilərində müşahidə olunub. Həmin hərbçilər Fransanın uzaq koloniyalarına hərbi xidmət üçün göndərilirdi və uzun müddət orada yaşamalı olurdular. O yerlərin şəraiti, yaşayışı əsgərlərə yad idi. Həmin hərbçilərdə şəraitə uyğunlaşa bilməmək problemi əmələ gəlirdi. Buna psixiatriyada dezadaptasion neyropataloji sindrom deyilir: öz daimi yaşadığı, öyrəşdiyi, alışdığı və ya istədiyi şəraitin dəyişməsi səbəbindən psixikada baş verən dəyişikliklər. Bu sindrom səbəbindən bir çox əsgərlər, zabitlər belə intihar edirdi.
Bunun da əsas əlamətləri: qəm-qüssə, səbəbi bilinmiyən həyəcan, kədər, apatiya, sabaha ümidin olmaması. Çox qarışıq bir sindromdur. Bu, depressiya da deyil. İndi camaatın bu söz dilinə çox düşüb. Biri intihar edən kimi deyirlər yəqin depressiyada imiş. Xeyr. İndiki intiharların səbəbi depressiya deyil. İnsanın adət etdiyi mühit dəyişəndə, stabillik itəndə, qarmaqarışıq dövr gələndə Kafard sindromu inkişaf edir. İndi psixiatriyada "Kafard" təkcə hərbçilərə şamil olunmur, digər sadə adamlara da aiddir. Bu, insanın öz kökündən uzaqlaşması nəticəsində yaranan dezadaptiv haldır”.
Mütəxəssisin sözlərinə görə, Azərbaycanda "Kafard sindromu"nun yayılmasının əsas səbəbi 3 ildir pandemiya şəraitində yaşamağımızdır:
"2020-ci ildən dünyada biopsixoterror başlayıb, insan beyninə, şüuruna psixi təzyiq olunur, onlar qorxu altında saxlanılır. Yaxın adamların xəstələnməsi, ölməsi, xəstəxana, ölüm, karantin, ümidsizlik "Kafard sindromu"nun inkişafına səbəb oldu. 2 ildən sonra insanlar COVID-19-dan canını qurtarmamış, heç bir fasilə olmadan yeni pandemiya elan etdilər. İndi də meymunçiçəyi. Təbabətdə necə ki, COVID-19 yox idi, meymunçiçəyi xəstəliyi də mövcud deyil. Bu xəstəliklər bioloji silahla yayılan süni xəstəliklərdir. Meymunçiçəyi də son deyil, ondan sonra başqa bir pandemiya gələ bilər. Fasiləsiz pandemiya rejimində yaşayan insanda şüurun alaqaranlıq vəziyyəti əmələ gəlir, qorxu, həyəcan, kədər, həyatın mənasız gəlməsi o qədər güclənir ki, insan günlərin bir günü dözmür, ölümü seçir ki, onsuz da yaşamağın mənası yoxdur. Bu insanların heç biri psixi ruhi xəstə deyil, depressiyada deyil, bu, açıq-aydın "Kafard sindromu"dur”.
Həkim bildirib ki, Azərbaycan son illərə qədər intiharlara görə dünya üzrə siyahıda sonuncu yerlərdə idi. İnsanlarımız intihara meyilli deyildi, çox nadir halda ağır ruhi durumda olanlar intihar edərdi. Cəmiyyət buna pis baxardı. Amma statistika artır, bu siyahıda ön cərgələrə keçirik. Ən qorxulusu da budur.
"İntihar fikri birbaşa əmələ gəlmir, şüuraltı əmələ gəlir, insan özü də bilmədən kəskin psixi üzülmə, tükənmə vəziyyətinə düşüb həyatına qəsd edir. İntihar varlıya kasıba baxmır, əksinə, statistika göstərir ki, az-çox imkanı olan insanlar intihar edir. 1990-cı illərdə SSRİ dağıldıqdan sonra postsovet məkanında intiharlarn sayı 4 dəfə artmışdı. İntihar edənlər yeni vəziyyətə uyğunlaşa bilməyən kifayət qədər imkanlı şəxslər idi. Sonra vəziyyət düzəldi, pandemiyadan sonra Azərbaycanda yenidən alovlandı.
Biz qlobal proseslərin içindəyik. Narkotiklərin yayılması, ölkəyə külli miqdarda ucuz şüşə - metamfetamin gətirilməsi də xüsusi beynəlxalq narkoticarət başçılarının əli ilə Azərbaycan kimi ölkələrə yayılır. Hədəf hərtərəfli insanların sayını azaltmaqdır. Görürsünüz, COVID-dən, peyvənddən sonra bu proseslər artdı. Nəyə görə müəllimlər, həkimlər arasında ölüm halları daha çoxalır, özünüz düşünün. Cavabı hamı bilir. Fasiləsiz pandemiya rejimində bütün ölkələrdə iqtisadi geriləmə, iş olmaması, gəlirin azalması, bahalaşma, maddi rifahın aşağı düşməsi, müharibə, aclıq qorxusu artıq bütün MDB dövlətlərini bürüyüb. Sərhədlərin bağlı saxlanması da blokada, izolyasiya effekti verir. Heç kim ucuz qiymətə ölkədən çıxa, ailəsinin, qohumlarının yanına gedə bilmir. Bu da bir çarəsizlik, ümidsizlikdir. İnsanlar fikirləşir ki, bunun axırı yoxdur, heç kim bizi qorumur, heç kim bizi xilas etməyəcək.
"Kafard sindromu"nun məğzi kar həyəcandır. Birdən-birə bu qədər həyəcanlı fikirdən ani qığılcım, partlayış olur və intihar baş verir. Bəzi həkimlərimiz də anlamır ki, pandemiyanı, ölümü təbliğ etməklə süni "Kafard sindromu" yaradırlar. Hamı öləcək, hamı qırılacaq deyə-deyə milətin axırına çıxdılar. İnsanların psixikasına vurulan zərər bədəninə vurulan zərərdən qat-qat təhlükəlidir. Sağlamlıq bərpa olunur, psixika çətin. İnsanlarımız da vaxtında psixiatra getməyə maraqlı deyil. Ayılanda artıq iş işdən keçmiş olur”.
Mənbə: bakupost.az
qadinkimi.com