Artıq reklamlarda ev yığışdıran qadınlar göstərilməyəcək
Uşaq bezini dəyişdirə bilməyən kişilər, təmizliklə uğraşan qadınlar, maşını park edəndə çətinlik çəkən qadınlar...
Cinsiyyətçi (seksist) şablonlarla bəzənmiş bu tip reklam səhnələri artıq Böyük Britaniyada qadağan olundu. Ölkənin reklam sektoruna nəzarət edən Beynəlxalq Standartlaşdırma Təşkilatı - İSO (ing. İnternational Organization for Standardization) dekabr ayında etdiyi dəyişiklikləri açıqlayarkən kişilər və qadınlarla bağlı ənənəvi xüsusiyyətləri göstərən reklam çarxlarını əngəlləyəcəyini bildirib.
Bu mübahisə düz 2015-ə qədər gedib çıxır. Bir protein markasının reklam çarxında bikini geyinmiş qadın manekenin şəkli yer alır. Bu reklam sosial baxımdan uğursuz olduğu üçün tənqid oxlarının hədəfinə çevrilir. Reklam afişalarının yığışdırılması üçün hətta Change.Org-da bir imza kampaniyası keçirir və 70 min nəfərin imzasını alır.
Seksist görüntülər tək bu reklamla məhdudlaşmır. Təşkilat həmçinin digər narahat edici plakatlara da qadağa qoyur. İSO "xəstə dərəcədə arıq görünən” bir modeldən istifadə etdiyi üçün Gucci-yə, qadının ayaqlarını avtomobilin altında göstərərək afişada "cazibədar xidmət” yazdığı üçün isə Porsche-yə qadağalar qoyub.
Artıq Böyük Britaniya da "reklamda gender ayrı-seçkiliyi" haqda qanunla Belçika, Fransa, Finlandiya, Yunanıstan, Norveç, Cənubi Afrika və Hindistan kimi ölkələrə qoşulur. Məsələn, Norveçdə 1978-ci ildən "reklamda seksizm qadağası" qanunu qəbul edilib.
İspaniyada isə qadın bədənini təhqir edən görüntülərdən istifadə etmək qadağandır.
İctimai cinsiyyət mövzusunda işlər aparan Geena Deyvis İnstitutu Google ilə əməkdaşlıq edərək ingiliscə olan 2000-dən çox reklamı təhlil edib. Təhlil nəticəsində 2006 və 2016 arası video reklam çarxlarında qadın obrazlarının sayında dəyişiklik olmadığı, lakin kişi obrazlarının qadınlara nisbətən dörd dəfə çox olduğu müəyyənləşdirilib. Qeyd olunur ki, yalnız kişiləri əhatə edən reklamlar bütün reklamların təxminən dörddə birini təşkil edir. Yalnız qadınları əhatə edən reklamlar isə yüzdə 5 qədərdi.
qadinkimi.com