DƏB VƏ BAXIM
Heydər Əliyev Mərkəzində "Moda məkanı" sərgisi açılacaq Tarix : 04 İyul 2018, 17:27
Yazar : Qadinkimi.com

İyunun 4-də Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında "Moda məkanı" adlı sərgi açılacaq.


Mərkəzdən verilən məlumata görə, sərgi təbiət və dəbin vəhdətini əks etdirir. Bu vəhdətdən irəli gələrək sərgi zalının ümumi tərtibatında da təbiət elementləri ilə zəngin dekorasiya və musiqi fonuna üstünlük verilib.


Ekspozisiyada 18-21-ci əsrlərə aid 400-dək eksponat - geyim və aksessuarlar, o cümlədən ayaqqabı, çanta, şlyapa, zinət əşyaları və s. nümayiş olunacaq.

Təbiət, tarix və modanı bir məkanda birləşdirən sərgi bir neçə bölmədən ibarətdir. Burada cəngəllik və savanna, dəniz və yaşıllıqlar, eləcə də digər təbiət mövzularından ilhamlanaraq yaradılmış dəb nümunələri təqdim ediləcək.


Sərgidə "Paco Rabanne", "Christian Dior, Elsa Schiaparelli, Lanvin, Givenchy, Thierry Mugler və digər məşhur brendlərin eksponatları yer alıb. Ekspozisiyada ötən əsrin əfsanəvi modeli Bettina Qratsiani, amerikalı aktrisa Şirli Makleyn və digər məşhurların şəxsi qarderobundan geyimlər nümayiş olunacaq.

 


Mənbə: trend.az