HƏR ŞEY / HEÇ NƏ
Hər hansı bir fiziki fəaliyyət həyata dönüşdü Tarix : 07 Avqust 2020, 09:09

Hər şeydən narazılıq ömrü tükədər. Təzadlı ömrümüzdə hərdən bizə sevinc bəxş edən duyğu ruhda heç bir reaksiya doğurmur, hətta əksinə soyuqluğa, laqeydliyə çevrilir. İnsan həmişə pis ruh halında narazılıq hissi keçirir. Bu cür xroniki fon mənfi duyğular yaradır, artıq gərginliyə səbəb olur, ruhda davamlı ağırlıq və bütün dünyaya qıcıqlanma ilə yaşamaq çətin və dözülməz olur. Belə mühitdə İnkişaf etmək, həyat şəraitini yaxşılaşdırmaq və bundan zövq almaq arzusu sağlam, güclü psixikanın mülkiyyətidi. İnsanların çoxunda bu istəklər olsa da, psixi yorğunluq mane olur. Narahat düşüncələrə səbəb pessimist əhval - ruhiyyə təzadlar yaradır.

Almaniyada keçirilən maskasız yürüş də yoluxmaq qorxusu ilə yüksək dərəcədə narahatlıq hissi keçirən insanlarda yaranan ruh düşgünlüyü kimi aylardı həyatlarını tənzimləməyə məcbur olan insan psixikasına mənfi təsirini göstərir. Bir - birinə bənzər monoton, maraqsız günlər hərəkətsizlik, günahkarlıq, qorxu ilə qarşılanır. Bu vəziyyət olduqca xoşagəlməz və hətta ağrılı ola bilər, çünki daim hərəkətdə olan insan evə qapanırkən bədənin bütün qüvvələri mənfi təcrübələrə sərf olunur. Yuxu pozğunluğu, konsentrə ola bilməmək, daimi yorğunluq və iştah küskünlüyü, bəzən də əksinə stresslə bağlı yeməyə meyllilik, çəki artımı kimi problemlərlə üzləşirik.

İnsan həyatında hadisələrin inkişafını gözlədiyi məqamda, əksinə əlverişsiz stressli, emosional vəziyyət yaranıb. Bu hiss qeyri-müəyyənlik ilə xarakterizə olunur, insan məlum hadisələrin səbəbini, nə zaman bitəcəyini də izah etməkdə çətinlik çəkir. Belə vəziyyətin ağırlığı dözüm tələb edir.

"Hər zaman narahatlıq hiss edirəm", "Daim gərginəm "," Sevdiklərim üçün narahatam ", "Daha da pis ola bilər, deyə hey düşünürəm", "Həmişə pis əhvaldayam ", "Artıq heç nə məni xoşbəxt etmir" kimi üzücü ifadələr eşidir, sosial şəbəkələrdən oxuyuruq. Həddindən artıq narahatlıq və heç bir səbəb olmadan keçirilən stressin ağlr fəsadları ola bilər və narahatlıq depressiv pozğunluğun əlamətidir. Bu zaman diqqəti müsbət emosiyalara yönəldə bilmək lazımdı. Hədsiz narahatlıq, yorğunluq, yuxu pozğunluğu, iradənin azalması, zəiflik, konsentrə ola bilməmək və s. hiss edirsinizsə, psixoterapevtlə məsləhətləşmək lazımdır. Bu problemlər, yaxınlarla münasibətlərdə vəziyyətin gərginləşməsi daxili mənfiliklərin toplanmasına səbəb olur. İnsan tutqun, depressiv olur. Əlbəttə, indiki vəziyyətimizdə şən əhval - ruhiyyəli, daim gülümsəyən biri olmaq asan deyil.

 

Digər bir səbəb də fiziki fəaliyyətin olmamasıdır. Sevinc hormonu olan endorfin, fəaliyyətsiz olduqda orqanizmimizdə lazımi miqdarda istehsal olunmayacaq. Bir neçə saat yürüş etmək təkcə psixo - emosional halımıza təsir etmir, həm də fiziki vəziyyəti bərpa etməyə kömək edir. Hər gün pis ruh halında oyanmaqdan özünüzü qoruyun və ətrafınızda olanları xoş motivasiyaya kökləməyə çalışın. Həyatınıza aktivlik gətirin. Xoş musiqi, ləzzətli qəhvə və ya şokolad da pis deyil. Gün ərzində maraqlı bir kitab mütaliəsi, fəal ünsiyyət və ümumi əyləncə mühiti kədərli düşüncələrdən yaxa qurtarmağa kömək edəcəkdir.

Artıq SMS – lə icazənin ləğv olunması parklara, çimərliklərə getməyə imkan verir. Bu insanları kədərdən qismən də olsa uzaqlaşdırır, sevincə səbəb olur.

Kədəri aradan qaldırmağın ən yaxşı yollarından biri faydalı işə başlamaqdır. Peşəkarlıq, daimi fəaliyyət depressiyadan çıxmağa kömək edir. Bədbin düşüncələrə vaxt qalmır. Hər hansı bir fiziki fəaliyyət həyata dönüşdü .

Hər bir insanın məqsədi, xəyalı, istəyi var. Bunu unutmayın.

 

 Təbiət şəkilləri, mnzərə, doğa fotorafları, təbiət mənzərələri ...

 

Təbiətdə olmağa, açıq səma altında istirahət etməyə çalışın.

 

Füsünkar yayın son ayını ürəyimizcə keçirək.

 

 


Yeganə İskəndərova

 

 

 

qadinkimi.com