Hər bürcün qadını fərqlidir.
Qoç qadını (21 Mart-20 Aprel)
Onun fəlsəfəsi "öz başının çarəsinə özün bax" dır. Ayaqda durmaq üçün arxasında bir kişiyə ehtiyacı yoxdur. Liderliyi kimsəyə buraxmaq istəməməsi onları hər mövzuda ilk hərəkət etməyə istiqamətləndirər, mövzu eşq də olsa, ilk addımı Qoç qızı atar. Onu ictimai qaydalar bağlamaz, düşündüyü və inandığı kimi yaşayar, hesab verməz.
Əliaçıqdır, zamanını, əlaqəsini, pulunu comərdcə paylaşar, amma sevdiyi insanları paylaşma mövzusunda xəsisdir.
Yoldaşınız Qoç bürcüdürsə, katibənizin kişi olması evliliyiniz üçün daha yaxşıdır. Bu qızlar evlənmədən əvvəl tamamilə azaddırlar və ümumiyyətlə iş həyatındadırlar. Və müvəffəqiyyətli iş qadınlarıdır, nitqləri ağıllı və sürətlidir. Darıxdırıcı deyillər, enerjilərini hər an əks etdirə bilərlər. Göründükləri qədər də sərt deyillər, divarı aşa bilsəniz, çox isti biri sizi gözləyir. Pis vəziyyətlər, xəstəliklər gözünü qorxutmaz, amma yaxın maraq və əlaqə gözləyərlər.
Buğa qadını (21 Aprel-21 May)
İntizamlı, səbirli, açıqsözlü, dürüst insanlardır. Bir çox kişiyə görə daha cəsur və mərddirlər. Həyatda yaşamaq məcburiyyətində qaldıqları bütün problemlərə səbirlə sinə gərərlər, amma damarına bassanız hirsi ətrafındakı hər kəsi qaçırmağa çatacaq. Boş başlı insanlara dözə bilməz, özünə gerçək bir kişi axtarar.
Kompleks mövzularla maraqlanmaz, fəlsəfə etmək yerinə özünü praktik və aydın şəkildə ifadə etməyi seçər. Düşmənlərinə qarşı maraqsız, buz kimi, dostlarına qarşı isə isti, səmimi və pis günlərində yanlarında tapılacaq bir dost olar. Buğa kişisi kimi o da təbiilikləri sevər. Vazasında süni çiçəklər görə bilməzsiniz, qoxuları xoş, eqzotik qoxulardır. Əslində qoxular, səslər və rənglər onlara çox təsir edər. Parlaq və canlı rəngləri sevərlər, mavinin tonlarından birinə isə dözə bilməzlər.
Musiqi başqadır onlar üçün, sənətə qarşı qabiliyyətləri vardır. Musiqi aləti çalmaq, şəkil çəkmək, sərgiləri gəzmək, təbiətin içində olmaq onları xoşbəxt edər. Vizual gözəlliklərini sadə və zövqlü geyimləri ilə gücləndirərlər. Bəzəkli deyil, paltarlarının bahalı, keyfiyyətli, praktik olmasını istəyərlər. Hər şeyi yavaş etməkdən xoşları gələr, təmkinli davranarlar, tələsdirildiklərində isə hirslənə və təcavüzkar ola bilərlər.
Dayanıqlı insanlardır, zəifliyə dözümləri yoxdur. Hallarından şikayət etməzlər, sadiqdirlər, qonaqpərvərdirlər. Buğa qadını çox çalışqandır və havadan pul qazanmağı sevməz, əməyinin qarşılığını almaq istər.
Əkizlər qadını (22 May-21 İyun)
Sabit bir yerdə dayanması çox çətindir, oradan-oraya gəzməyi sevərlər. Şən, həyat dolu, zarafatcıl, ağıllı bir qadındır. Özünü bir insana həsr etməsi həqiqətən çətindir. Səbirli və tutarlı olmağı öyrəndiyində hər şey yoluna girəcək. Davamlı orijinal fikirləri vardır, monoton bir insan deyil.
Kişilərlə əlaqələrində soyuq kimi görünmələri ürəksiz olduqlarını göstərməz. Əksinə xəyal dünyaları genişdir. Və uyğunlaşma təmin edə bildiyi, özünü həyəcanlandıran, dəyişməsini istəməyən, şəfqətli birini tapdığında aşiq ola bilər. Ümumiyyətlə, zehni qabiliyyətlərə və zəkaya əhəmiyyət verər, bəzən də qarşısındakının musiqi və şeirə olan maraq və əlaqəsini sorğulayar. İşləmək məcburiyyətində qaldığında necə pul qazanacağını və qazandığını necə xərcləyəcəyini bilər. Həm romantik, həm intellektualdırlar.
Xərçəng qadını (22 İyun-23 İyul)
Utancaq, xəyal dünyası geniş, bir az kədərli, bir az dəli qadınlardır... Tənqid olunmaqdan, rədd edilməkdən xoşlanmazlar. Çox yaxşı sirr saxlayarlar. Utancaq olmaları səbəbindən insanlarla əlaqələrində ilk hərəkəti edə bilməzlər. Amma tanış olduğunuzda arxanızı buraxmayacaq, hətta zaman-zaman maraq və əlaqəsindən sıxılacağınız, səmimi və mehriban insanlardır. Bəyənilməmə qorxusu və kifayət qədər sevilmədiyini düşünmək çox vaxt onu narahat edər. Hətta çox yaxşı aşbaz olmasına baxmayaraq, bəzən yaxşı yemək edə bilmədiyindən belə şübhə edərlər. Halbuki evdə ən çox sevdiyi yer mətbəxdir.
Sevdiyində qarşısındakı adamı ucaldar, ona itaət edər və çox isti bir sevgiylə sarılar. Onun ağlından ayrılıq fikri qətiliklə keçməz. Çünki duyğuları səthi deyil, özünə aid olduğunu düşündüyü hər şey sonsuza qədər onunladır. Çətin tərəfi isə həssas quruluşu səbəbindən ən kiçik eyhamların belə onu qabığına çəkilməyə yönəltməsidir, bir dəfə qabığına çəkildimi oradan çıxması çox uzun zaman ala bilər. Belə zamanlarda heç bir şeyin düzəlməyəcəyini, öhdəsindən gələ bilməyəcəyini düşünər. Böhranlı zamanlarında tək buraxmamaq lazımdır. Xəsis sayılmazlar, bədxərc də deyildirlər, yığmağı, etibarda olmağı sevərlər.
Şir qadını (24 İyul-23 Avqust)
Şir bürcü qadını həssas və xatirələrinə bağlıdır. Bir çox üstün xüsusiyyəti ilə imtiyazlı bir qadındır; ağıllı, zərif, gözəl, qəribə bir məşhurluq sahibi, cazibədardır. Səssiz sakit, sevimli göründüyündə əmin olun rol edir, qürurlu olduqlarını açıqca göstərərlər. Lüks yaşamağı sevərlər, ürəkli və comərddirlər, kasıblıq mənzərələri görməkdən xoşlanmazlar, bu onları böhrana soxar.
Bir evə bağlanmaq onun tərzi deyil. Pul qazanmaq üçün deyil, möhtərəmlik qazanmaq üçün rəqabəti sevərlər. Danışıb, öyüd verə biləcəkləri peşələr onlar üçün uyğundur. Evdə olması halında da evi ən keyfiyyətli şəkildə dekorasiyaya etmək üçün bol pul xərcləyər.
Özünə baxmağı sevər, gözəl görünmək onun üçün əhəmiyyətlidir. Tipik şirlər idman geyimləri seçərlər, amma necə geyinsələr geyinsinlər, bahalı və yaxşı tikilmiş paltarları seçəcəklər. Bahalı, amma qüsursuz bir zövqləri vardır.
Qız qadını (24 Avqust-23 Sentyabr)
Bütün bürclər içində ən praktik və ən romantik qadın Qız qadınıdır. İkiüzlülükdən nifrət edərlər. Özü qüsursuz olmasa da qüsursuzluq axtarar. Başqalarına güvənə bilmədiyi üçün öz işini özü edər, kimsənin işini düz və yaxşı edə biləcəyinə inanmaz. Təmiz, nizamlı, intizamlı və dəqiqdirlər. Sakit bir quruluşu vardır, hirsli vəziyyətlər göstərməz, çox hirsləndiyində isə danlayaraq cavabını verər.
Üzr istəməkdən xoşları gəlməz, elə üstü bağlı üzr istəyər ki, fərq edə bilməzsiniz. Detallara diqqət yetirər, heç bir şey gözündən qaçmaz. Xüsusilə maliyyə mövzularında Qız bürcü qadınına sonsuz güvənə bilərsiniz, çox diqqətli və praktikdir. Hər şeydə bir nizam axtardığı kimi danışığının da qrammatikaya uyğun olmasını istəyər. Sadə və yığcam geyimi sevər. Zəkası və zövqü ona yaxşı bir hiss gücü qazandırar. Sirr küpüdür və çox qısqanc deyil. Mədəni fəaliyyətlər onun üçündür.
Başqalarının özünü tənqid etməsinə dözə bilməz, amma öz-özünü çox mərhəmətsiz tənqid edər. Həddindən artığa qaçmaz, tək başına ömrü boyunca yaşaya bilər. Axtardığı partnyoru tapdığında isə onun bütün dərdlərinə yüklənər, çox sadiqdir. Romantik quruluşu idarə altındadır, amma ürəksiz deyil, çox xoş, mehriban, comərd biridir. Səssiz cəsarəti və məsuliyyət duyğusu ilə yaxşı bir yoldaşdır. Çox gözəl yeməklər bişirər, sağlam bəslənmə tərəfdarıdır; şokolada qarşı almanı seçər.
Tərəzi qadını (24 Sentyabr-22 Oktyabr)
Çox gözəl, nəzakətli və narın səsli, ipək geyimlər içində xoş ətirli xoş bir varlıqdır Tərəzi qadını. Buna baxmayaraq kişi kimidir. Kişi kimi düşünər və incə zəkasını gülüşlərinin ardına gizləmədən mübahisə edər. Tərəziylə mübahisə etməkdən qaçsanız, öz-özünə mübahisə edəcək. Ümumiyyətlə haqlıdır, açıq bir məntiqlə sizi razı salar.
Doğru və balanslı qərarlar verməyə çalışar.
Onlar gözəl şeylər satın ala bilmək üçün çalışmaq və pul qazanmaq istəyərlər. Onlar tək yaşamağı sevməzlər, yoldaşlara ehtiyacı vardır. Və həyatında həqiqətən sevəcəyi bir kişi olmasını istəyərlər. Tipik Tərəzi ağıllı bir qadındır və yoldaşının problemlərini həll etmədə könüllüdür. Mehriban və romantikdir. Danışmağı sevər, eyni zamanda yaxşı bir dinləyicidir.
Əqrəb qadını (23 Oktyabr-22 Noyabr)
Bu sirrli gözəlin dərin bir cazibədarlığı vardır. Öz halında rəngsiz biri deyil, bir an soyuq məsafəli görünərkən bir an sizinlə yanacaq qədər isti və sevimlidir. Yoldaşlıqlarında seçicidir, sadə və dəyərsiz insanlarla boş söhbətlər edib vaxt keçirməyi sevməz. Əzmli və qərarlıdır.
Sirr dinləməyi sevər və sirriylə ölməyi seçəcək qədər təmkinlidir. Təmizliyi və rahat mühitləri sevərlər. Evlərində hər şey idarəli və nizamlıdır. Aşiq olduğunda eşqinin yeganə müdafiəçisi və qoruyucusu olar. Kişisini kölgədə buraxmaq yerinə ona evinin müdiri olma qürurunu verər. Evləndikdən sonra işə davam etməyə bilər. Yoldaşına pislik edilməsinə icazə verməz. Onu tərk etmək qeyri-mümkündür. Bir dəfə yapışdımı buraxmaz.
Hər şeyinə sahib çıxan bir insandır. Amma özünə kimsə sərhəd çəkə bilməz, sahib çıxa bilməz. Qısqancdırlar, amma sizi də qısqandıracaq bir çox hadisəyə səbəb olacaq. Getdiyi hər yerdə diqqəti çəkəcəkdir. Dilinə çox hakim ola bilməyib, iti tənqidlər edər. Pulu çox sevər. Bir il yığıb bir gündə xərcləyə biləcək qədər də qəribədir. Puldan çox prestij onun üçün əhəmiyyətlidir. Çox vaxt ədalət duyğusu intiqam duyğusu qədər güclüdür. Edilən yaxşılıqların qarşılığını verməkdə comərd davranacaq.
Oxatan qadını (23 Noyabr-22 Dekabr)
Bəzən utandıracaq qədər açıqsözlüdürlər. Hər yerdə gerçəyi söyləməkdən çəkinməzlər. Yalan danışmağı sevməzlər, dürüstdürlər. Müstəqil yaşamağı sevərlər. Ailə bağları onlar üçün çox bağlayıcı deyil. Əmr edilməsindən xoşlanmazlar, amma zəif, yumşaq kişilərə də dözə bilməzlər. Ümumiyyətlə, yoldaşlıqla eşqi bir-birinə qarışdırarlar. Şən, ürəyi güvən dolu, ağıllı və məntiqlidirlər.
Soyuq və ürəksiz olduğunu düşünürsünüzsə yanılırsınız. Azadlığı sevməsi ciddi əlaqələr düşünməsinə mane olar. Bir oğlan kimi ola bilər, amma kişiyə xas deyildirlər. Ən sərt insanları yumşaldacaq şən bir havaları vardır. Pessimist olmaq onları xəstə edər.
Ənənələrin onun üçün çox bağlayıcılığı yoxdur. Pula dəyər verməzlər, bədxərcdirlər. Dürüstlük onlar üçün çox əhəmiyyətlidir. Qırıldığı zaman lağ-lağaçı ola bilər. Sədaqət, güvən və sevgi onu izah edən üç söz ola bilər.
İdealistdirlər, bəlkə ilk eşqiylə evlənmək üçün illərcə fürsət gözləyə bilər. Yaxşı bir ev xanımı sayılmaz, amma səbr etsəniz ev işlərinə dözməyi öyrəndiyini görəcəksiniz.
Oğlaq qadını (23 Dekabr-20 Yanvar)
Onların məqsədi hörmət, güvən və mövqedir. Oğlaq qadını şöhrət sahibi olmaq istəyər. Bunun üçün kifayət qədər əzmlidir. Ənənələrə bağlı, tərbiyəli və zərif insanlardır. Nə qədər sərt görünürsə görünsün, əslində romantik və mülayimdir. Pessimizmlərinin ya da böhranlarının ardında daha dərin bir məna gizlədir.
Zarafatdan xoşlanmazlar. Çox cazibəli və gözəl olmalarına baxmayaraq, bu mövzuda özlərinə etibarsızdırlar. Tez-tez özlərinə kompliment edilməlidir ki, bu qorxularını ata bilsinlər. Ailəsinə bağlıdır. Onunla evlənən ailəsi ilə də evlənmiş deməkdir. Maddi və mənəvi istiqamətdən özünü ailəsinə qarşı məsul hiss edər. Yoldaşının ailəsinə qarşı da eyni həssaslığı göstərəcək incəlikdədir.
O qüsursuz bir yoldaşdır. Ümumiyyətlə Oğlaqların makiyaja allergiyası vardır. Hərçənd makiyaja ehtiyac duymayan bir gözəllikləri vardır. Xəyalpərəst olmamaları, xəyalları olmadığını göstərməz. İnadçıdırlar, amma yersiz səs-küyləri yoxdur.
Dolça qadını (21 Yanvar-19 Fevral)
Heç kimə aid olmaq istəməz, hər kəslə birlikdə olmağı seçər. Ancaq azadlıq istəyinə müdaxilə etməyən biri ilə ola bilər və sonsuza qədər də o adama bağlı qalar. Kişilərin pulu onu maraqlandırmaz, intellektual müvəffəqiyyətlər daha əhəmiyyətlidir. Cəmiyyətin qaydaları onu bağlamaz, dəyişik də olsa öz qaydaları vardır. İnsanlara zaman ayırar, araşdırar və azadlıqlarını sonuna qədər istifadə edər. Zərif və ağıllıdır. Hər kəsə və hər mühitə dərhal uyğunlaşma təmin edər.
Öz xüsusi düşüncələrini saxlayıb, yanıltmaqdan xoşlanarlar. Səhvlərində inad edərlər. Geyimləri və görünüşləri maraqlıdır.
Utancaq və cazibədar rəftarları vardır. Diqqətə dəyər danışmalar edər, sözünü kəsmənizə inciyə bilər. Qısqanclıqdan xoşlanmaz, özünə sahib çıxılmasını istəməz. Mühakimələri irəliyə dönük olduğundan doğruluğunu görmək üçün zaman tanımaq lazımdır.
Hissləri qüvvətlidir. Yoldaşlıq və eşq arasında çox incə bir xətt vardır onlar üçün. Duyğularını açıqca ifadə edə bilməyə bilər, amma özünə uyğun insanı tapdığında nümunə bir birlikləri olar.
Balıq qadını (20 Fevral-20 Mart)
Azadlığına düşkün ovsunlayıcı gözəldir. Kişiyə olan etibarı və onun qarşısında olmaq yerinə yanında olmaq istəyi ilə göstərdiyi maraq və sevgi onu imtina edilməz edər. Başa düşülməsi çətindir. Az bir qazancı olsa belə çox qəşəng geyinər. Onlar bir az bədxərcdir, pul xərcləməyi sevərlər.
Evləndiyində çalışmaq ona çox cazibədar görünməz. İncidiyində göz yaşları sel kimidir. Bəzən utancaq tərəfini örtmək üçün soyuq və çoxbilmişcə davrana bilər. İnsanların özünü incitmələrindən qorxduğu üçün ehtiyatlı ola bilər.
Paylaşdı:Muxtar Kərimzadə