Gürcüstanda baş verən protestlər nəticəsində xəsarət alanlar olub. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllədən istifadə edib. İnqorokva klinikasına artıq bir neçə xəsarət alan aksiyaçı gətirilib.
Klinikanın rəhbər üzvü Nino Koçoraşvili iki pasientin artıq evə buraxıldığını deyib.
Üç nəfər aksiyaçı əməliyyat olunur.
Qeyd edək ki, iyunun 20-dən başlayaraq Gürcüstanda minlərlə insan Gürcüstan parlamentinin binası önünə toplaşıb. Onlar parlamentdə keçirilən Parlamentlərarası Assambleyada rus siyasətçinin Gürcüstan spikerinin kürsüsündə oturmasına qəzəbləniblər. Belə mötəbər kürsünü ruslara etibar etdiyi üçün Gürcüstan spikerinin istefasını tələb ediblər. Mitinqdə "İşğalçı Rusiya" şüarları səslənib.
qadinkimi.com