HƏR ŞEY / HEÇ NƏ
Günün başlanğıcı həyatımıza necə təsir edir Tarix : 25 Aprel 2022, 08:07

 

Yuxudan oyanan kimi ağlımıza gələn ilk fikirlərin həyatımıza təsiri böyükdü.

Bir insan gözlərini açan kimi hədəfləri haqda düşünürsə çox güman ki, o mütləq qarşısına qoyduğu hədəfinə axır-əvvəl çatacaq. Yuxudan oyanan kimi işi, karyerası ilə bağlı düşünənlərin uğurlu karyerası olur. Biz ən çox nə haqda düşünürüksə həyatımız ona çevrilir. Burada vacib məqam var:

düşündüklərinin bədbin, ya nikbin fikirlər olması. 


 

Adətən mənəvi böhran, psixoloji yorğunluq yaşayan insanlar yuxudan neqativ oyanırlar. Ayılan kimi onları pis fikirlər, həvəssizlik, mənasızlıq ələ alır.

 

Bu uzun sürürsə böyük ehtimal insan depressiyadadı. Depressiya isə olduqca ciddiyə alınacaq xəstəlikdi. Mütləq nevropotoloqa, psixoloqa müraciət etmək lazımdı. Özümüzə kömək etməyimiz də vacibdi. Əlbəttə bu, asan deyil.

 

Amma insan öz vəziyyətinin fərqinə varanda situasiyanı ələ ala bilir. 

 


 

Əgər uzun sürən həvəssizlik, hədəfsizlik, dağınıqlıq hiss edirsizsə, hər şeyin mənası itibsə, müxtəlif yerlərinizdə zaman-zaman ağrılar olursa bu depressiya əlamətləri ola bilər.

 

 

 

Özümüzü necə xilas edə bilərik?

 

 

1.Hədəf seçin. Hər gün ona çatmaq üçün nələrsə edin. Ən xırda addım belə çox vacibdi.

2.Fiziki hərəkət edin. İdman, ev işi, həyət-bacada çalışmaq, piyada gəzmək çox müsbət təsirə malikdi.

3.Motivasiya filmləri izləyin, bu haqda məqalələr oxuyun. Sizi ruhdan salan hər şeydən uzaqlaşıb əksinə həvəsə gətirən şeylərə meyillənin.

4.Çox yeməyin, bol su için. Yemək insan orqanizmini ağırlaşdırdığı üçün hiss etdiyiniz həvəssizlik və yorğunluğu gücləndirir. Az yeyin, psixoloji olaraq necə rahatladığınıza heyrət edəcəksiz.

 

 

Əslində sadə görünən və tez-tez eşitdiyimiz bu məsləhətlər böyük fayda verə bilər. Biz isə əməl etmirik və hər dəfə rastımıza çıxanda "bunları bilirəm də” deyib keçirik. 

 

Bilmək azdı, hərəkətə keçin. Günün necə başlaması təkcə bütün günümüzə deyil, bütün həyatımıza təsir edir, bunu bilməliyik. 


 

Qadinkimi.com