BURA / ORA
Güney Azərbaycan dövləti qurulur Tarix : 14 Sentyabr 2019, 22:46
Yazar : Qadinkimi.com
Uluslararası qanunlara əsasən bir millətin rəsmi və qanuni dövləti yabancı qüvvələr tərəfindən hücuma məruz qaldığında, torpağı  işğal olunduğunda, milli hakimiyyətini öz coğrafiyasında  sürdürə bilmədikdə bunu sürgündə etmək zorunda qalır. Parlamentini, dövlətini başqa ölkədə qurmaq haqqını qazanır. Yaranan sürgün parlamenti və dövləti isə o zaman rəsmiyyət tapır ki, bir neçə ölkədə rəsmi olaraq tanınsın və o ölkələrdə qanuni şəkildə siyasi fəaliyyətlərini sürdürə bilsin. Buna örnək Doğu Türkistan sürgün hökumətidi. Bu hökumət Yaponiya, Türkiyə və Amerikadan olan müşahidəçilərin hüzurunda 12-14 sentyabr 2004 tarixində ABŞ Konqresinin binasında, 1933-1944 illərində qurulan Doğu Türkistan Cümhuriyyətinin davamı olaraq yarandı. 

Keçici (müvəqqəti) Dövlət

Keçici dövlətin yaranma nədəni yeni hökumətin oturuşmasına qədər- ölkənin idarə formasını, qanunları və sabitliyi sistem kimi formalaşdırmaqdı. Keçici dövlətin oluşmasından öncə yurd içində və yurd dışında xalq arasında dəstəklənən və dəstəklənməyən milli-siyasi və demokratik qüvvələrin bir cəbhədə birləşməsi zəruri sayılır. Keçici dövlət ölkədə hakimiyyətə yetişmək üçün başqa ölkələr tərəfindən də rəsmən tanınmalıdı. Bunun üçün siyasi qudrəti ələ almadan öncə dünyanın sayılan ölkələri, eləcə də Birləşmiş Millətlər Təşkilatı ilə lazımi müzakirələr aparılmalıdır. Bu görəvi sürgündə yaranan parlament və dövlət sorumluları yerinə yetirir. 


Yabancı qüvvələrin yardımı ilə Qacar Türk İmperatorluğunu 1925-ci ildə yıxaraq türkləri azlıq halına gətirən Pəhləvi rejimi işğal etdiyi türk torpaqları üzərində etmədiyi zülmü buraxmadı. Bütün dünyanın tanıdığı və qəbul etdiyi türk hakimiyyətini yıxmaqdan çəkinməyən fars hakimiyyəti dünyanın gözü önündə faşistliyini və düşmənçiliyini isbat etdi. 

1945-ci ildə bir ilə qədər sürən milli hökumət minlərcə Güney Azərbaycan türkünün tutulması və şəhadətə varması ilə sona çatdı. Milli və insani haqlarını savunmaq üçün ikinci Pəhləvi hakimiyyəti ilə çarpışan türklərin namusları, canları, malları halal sayılaraq qanlı qətliamla sonlandırıldı.

Bu gerçəkləri nəzərə alaraq, son günlərdə Güney Azərbaycan Milli Oyanış Hərəkatı lideri Dr. Mahmudəli Çöhrəqanlı sürgündə parlament və dövlət qurulmasının çağırışında bulundular. Bu çağırışda dünyanın başabaşında yaşayan bütün sadiq və səmimi Güney Azərbaycanlı aktivistlərindən dəstək istənilib. Sürgündə qurulacaq parlament və dövlət üçün onların bütün sahələrdə maarifçilik işləri başlatması, müzakirələr aparması gərəklidi.





Dr. Əlirza Abdullahi 
GAMOH Genəl Başqan Yardımcısı