BURA / ORA
Fədayə Laçın azadlıqda... Tarix : 29 Oktyabr 2019, 10:30
Yazar : Qadinkimi.com
Bakıda məhbusların qaçmasına yardım etdiyinə görə həbs edilən müğənni Fədayə Laçın azadlığa buraxılıb.

Qadinkimi.com xəbər verir ki, cəza müddəti başa çatan müğənni Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Xatırladaq ki, Fədayə Laçın "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı qatardan qaçmasına köməklik göstərməkdə ittiham olunaraq 2017-ci il oktyabrın 30-da həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni 5 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi tərəfindən isə cəzası 2 ilə endirilib. Hakimin təyin etdiyi 2 il cəza müddəti bu gün başa çatan müğənni həbsxanadan çıxar-çıxmaz anasının yaşadığı Buzovna kəndindəki evinə gedib.



Qadinkimi.com