Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündən sonra Azərbaycan Xarici İşlər Nazirliyi "faydalı və çox müsbət fikir mübadiləsi aparıldığını" bəyan edib.
XİN-in bəyanatında həmçinin erməni və Azərbaycan əhalisinin sülhə hazırlanacağı qeyd olunub.
XİN-nin sözçüsü Leyla Abdullayeva BBC News Azərbaycancaya deyib ki, çərşənbə günü iki ölkənin xarici işlər nazirləri Paris görüşündə "ölkə əhalisini sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsinə ehtiyac duyulması barədə" razılaşıblar.
"Bununla bağlı ötən ilin dekabrında Milanda iki ölkə xarici işlər nazirləri və ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən qəbul olunmuş birgə bəyanatda da "əhalinin sülhə hazırlanması üçün konkret addımların atılması ilə bağlı çağırış əks olunmuşdur", XİN sözçüsü deyib.
İrəvanda keçirdiyimiz sorğuda Ermənistan vətəndaşları əhalinin sülhə hazırlanması barədə fikirlərini bölüşürlər.
Mənbə: bbc.com