ERMƏNİ QADIN İDMANÇI ƏSLİNDƏ QADIN DEYİLMİŞ - Dünya Şokda
Tarix : 15 Fevral 2019, 21:18
Yazar : Qadinkimi.com
Ağırlıqqaldırma üzrə Ermənistan yığması daha bir qalmaqala imza atıb.
Erməni yığma komandası beynəlxalq yarışlardan uzaqlaşdırılır. Bu haqda Beynəlxalq Ağır Atletika Federasiyası məlumat yayıb. Federasiyanın yaydığı məlumatda bildirilir ki, ağırlıqqaldırma üzrə qadınlardan ibarət Ermənistan yığmasının üzvü Melina Dilazyanın əslində kişi olması bu ölkənin sərt cəzalandırılmasına səbəb olacaq. Federasiya açıqlamasında bildirib ki, bu fakt sübuta yetirilsə erməni idmançılar 5 il beynəlxalq yarışlardan uzaqlaşdırılacaq. Qeyd edək ki, qızlar arasında ağırlıq qaldırma üzrə iki dəfə Avropa çempionu və dəfələrlə Ermənistan çempionu olmuş erməni qızı Meline Daluzyan indi artıq Mil Dilazyan olaraq oğlan olduğunu özü təsdiqləyib. Erməni idmançı bütün idmansevərlərdən üzr istəməklə yanaşı, qız kimi yarışlara qatılmasında federasiya prezidentini günahlandırıb. O, məşqçisinin təkidi ilə bu saxtakarlığı etdiyini etiraf edib.
31 yaşlı keçmiş idmançı Hollandiyada yaşayır. O, 2018-ci ildə məlum qalmaqaldan sonra Ermənistanı tərk edib. Yerli mətbuata müsahibəsində qaranlıq məqamlara belə aydınlıq gətirib:"Mən maviyəm. Buna görə Ermənistan yığmasının məşqçisi məni qızların komandasında çıxış etməyə məcbur etdi. Bəli, məşqçimlə yaşayırdım. Onun sözləri mənim üçün qanun idi. Mən bu həyata oğlan kimi gəlmişəm. Lakin bütün bunlar məcburiyyətdən oldu."