AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ MƏCƏLLƏSİ
Üçüncü bölmə
Ər-arvadın hüquq və vəzifələri
6-cı fəsil
Ər-arvadın şəxsi hüquq və vəzifələri
Maddə 29. Ər və arvadın ailə münasibətlərində hüquq bərabərliyi
29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.
29.2. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.
29.3. Ər (arvad) özünə məşğuliyyət, sənət və yaşayış yeri seçməkdə azaddır.
29.4. Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.
qadinkimi.com