Beynəlxalq eBOSS layihəsinin astrofizikləri Kainatın ən böyük və ən ətraflı 3 ölçülü xəritəsini hazırlayıblar.
Bu barədə SDSS layihəsinin mətbuat xidməti məlumat yayıb.
Alimlərin sözlərinə görə, 5 illik işləri nəticəsində Kainatın naməlum tarixində 11 milyard illik boşluq doldurulub.
"Əldə olunan məlumatlar kosmologiyada son on illiyin ən böyük kəşflərindəndir”, - eBOOS layihəsinin rəhbəri, Yuta Universitetinin
kosmoloqu Kayl Douson deyib.