Emma Watsonun "self-partnered”, yəni "özünlə partnyorluq” ifadəsi 11 noyabrda dünyada qeyd edilən subaylar günündə sosial mediada ən çox işlənən frazalar arasında olub. Watson münasibətlərdən sıxıldığını və artıq özü ilə sevgili olduğunu açıqlayıb…
Harry Potter film seriyası ilə məşhurluq əldə edən 30 yaşlı Emma Watson son günlərdə Vogue jurnalına verdiyi müsahibədə özü ilə sevgi münasibətində olduğunu açıqlayıb. Onun "özünlə partnyorluq” ifadəsini bəzi sosial media istifadəçiləri ələ salsalar da, bir çoxu da dəstək veriblər. Bununla da Watson tvitterdə mübahisələrə səbəb olub.
Hər zaman qadınlara verdiyi dəstəklə önə çıxan Watson avqust ayında iş yerində təcavüzə məruz qalanlara yardım məqsədilə bir qaynar xətt yaratmışdı. Aktrisalığı ilə yanaşı, bir aktivist kimi də tanınan Emma: "Nəhayət insanlar problemin miqyasını dərk edirlər. Beynəlxalq Əmək Təşkilatının "iş yerində zorakılıq” sazişinin tətbiqinə artıq başlayacağımıza inanıram” demişdi. Bu cür qaynar xətt yaratmaqda məqsəd qadınlara hüquqi dəstək məsələsində olan boşluğu doldurmaqdı.