Məşhur türk müğənnisi Ebru Gündeş haqqında yeni xəbərlər yayılıb.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, sənətçinin yeni mahnısına çəkdirdiyi klipində tez-tez qarnını gizlətməsi hamiləlik iddialarını daha da gücləndirib.
Həbsdə olan Rza Zərrab ilə boşanacaqları deyilən Gündeşin ikinci uşağını dünyaya gətirmək üçün ABŞ-a həyat yoldaşının yanına gedəcəyi iddia edilib.
Martda mütəmadi olaraq səhnəyə çıxdığı Şişli məkandakı proqramını dayandırmağa hazırlaşan müğənni hamiləliyin son günlərində həyat yoldaşının yanında olacaq.
Övladlarını Rza Zərrabdan uzaqda böyütmək istəməyən Gündeş ABŞ-a köçəcək və yalnız konsertlər üçün Türkiyəyə gələcək.
Mənbə: Open.az