DƏB VƏ BAXIM
Düzgün büstqalter ölçüsünü necə təyin etmək olar? Tarix : 19 İyul 2023, 13:01

"Fincan" və bel ölçülərinin təyini


Büstqalter ölçüsù 75B va ya 90D kimi rəqəm və bir və ya iki hərflə göstərilir. Bu ölçülərin 75, 80 kimi rəqəm hissəsi yuxarı bədən ölçüsüdür, yəni qabırğanin atrafini - bel dairəsini göstərir. Belin ölçüsünü bilmək üçün metrədən istifadə etməklə, onu sinənizin altından (büstqalterin kəməri oturan hissədən) kip birləşdirməklə çevrə uzunluğunu təyin etməlisiniz.


"Fincan" ölçüsü nədir?


Büstqalter ölçüsünün A, B va ya C kimi hərflərlə göstərilən hissəsi birbaşa döş ölçüsünün həcmini göstərir. O "fincan" ölçüsü kimi tanınır. Fincan ölçüsü ingilis əlifba sırası ilə A-dan L-ə kimi olur. A ən kiçik döş həcmini, L isə ən böyük döş həcmini göstərir.



"Fincan" ölçüsü necə təyin edilir?


Fincan ölçüsünü təyin etmək üçün metrə ilə sinəni alt hissəsindən sıx ölçün. Aldığınız rəqəm belin ölçüsünü, sinə üstündə (döşün ən hündür yerindən) ölçərək aldığınız rəqəm isə fincanın ölçüsünü bildirir. Məsələn: bel ölçüsü 78-82 olarsa, o zaman 80, 93-97 olarsa 95 ölçünü götürürsünüz. Bel ölçünüz 80sm olarsa sinənin hündür yerindən çevrə ölçüsü 97sm olarsa sizin büstqalter ölçünüz 80D olacaq. 


Bunu təyin etmək üçün sinə ölçüsündən bel ölçüsünü çıxmaq lazımdır (97-80=15).

Təxmini (sinə və bədən quruluşu olaraq dəyişə bilir) olaraq fara 10-11sm=A, 12-13sm=B, 14-15sm=C, 16-17sm=D va.s. götürülür. Bu ilkin ölçünü təyin etmək üçün yararlıdir. Ən doğrusu geyinərək düzgün ölçünün seçilməsidir.



qadinkimi.com