
Ədalət hissi elə qiymətlidi ki, tanrı hamıya vermir.
***
Qəzəb sağlam düşüncəyə düşən ən qorxulu virusdur.
***
Bəzən susduğun qədər günahkar olursan.
***
Susduqların susmadıqlarından ağır olur.
***
Sevdiyinə güvənmə, güvəndiyini sev.
***
Gözəl olanı sevmirsən gözəl gördüyünü sevirsən.
***
Ömür minalanmış yoldu.
***
Ən çətin yol ürəkdən ağıla gedən yoldur.
***
Həyat kimi döyməz kimsə...
***
Özün qədər pislik edən olmur.
***
Güllərin şahı da olsan, solanda gərəksiz olursan.
***
Yalan gizlədiyimiz həqiqətdi.
***
Yalanın qarşısında sədd olmur. Həqiqət özünə yol açmalı olur.
***
Su palçıq da yaradır.
***
Ümid insanın aldanmaq istəyidir.
***
Xoşbəxtlik səni axtarmır, sən onu axtarırsan.
***
Qadınlar pis əri bağışlayır, pis atanı yox.
***
Bir
kişi var yanında
Hər xoşbəxt qadının da, hər bədbəxt qadının da...