Qadinkimi.com xarici mətbuata istinadən bildirir ki, tanınmış müğənni Tina Törner İsveçrənin Sürix yaxınlığındakı evində uzun sürən xəstəlikdən sonra bu gün 83 yaşında dünyasını dəyişib.
Əsl adı Anni Mey Bullok olan Tina Törner 1939-cu ilin 26 noyabr tarixində ABŞ-nın Tenessi ştatında yerləşən kiçik Natbuş şəhərində anadan olub. Gurultulu, enerji dolu səhnə performansları və güclü vokalları ilə sevilən Tina Törner musiqi aləmində "Roch-n-Rollun kraliçası" kimi tanınırdı.
Tina əvvəllər Sent Luis şəhərində yerləşən gecə klublarında səhnəyə çıxsa da, solo ifaçı olaraq karyerasına keçmiş həyat yoldaşı gitaraçı İka Törnerlə birgə yaratdığı qrupla başlayır. "İke and Tina Turner Revue" adlanan həmin qrupda aparıcı müğənni kimi şöhrət qazanır.
İka Törnerin irrasional hərəkətləri səbəbindən çütlük 1975-ci ildə ayrılır.
1975–1983-cü illər aralığında fəaliyyəti istədiyi kimi alınmayan Törner, 1983-cü ildə Capitol adlı albom şirkəti ilə müqavilə imzalayır. Al Qreen tərəfindən məşhurlaşdırılan Let's Stay Together mahnısını ifa etməsi Törnerin məşhurluğunun artmasına səbəb olur və İngiltərə Top 10 sinql arasına girməyi bacarır. What's Love Got to With It sinqli İngiltərə musiqi siyahılarında III yeri tutsa da ABŞ-də liderlik əldə edir.
Bu mahnının da yer aldığı albom "Ən yaxşı albom” və "Ən yaxşı qadın pop vokalist” nominasiyalarında müğənniyə 2 Qremmi mükafatı qazandırır.
Çətin bir uşaqlıq və gənclik dövrü keçirdiyini verdiyi mübahisələrində və görüşlərində tez-tez xatırladan müğənni özünü film və yazıçılıqda da sınayıb. 1985-ci ildə qələmə aldığı "I, Tina: My Life Story" ("Mən Tina: Mənim həyat hekayəm") adlı avtobioqrafiyasında o, evlilikləri boyunca birinci əri tərəfindən məruz qaldığı zorakılıqlardan bəhs edib.
Bu kitabdan sonra 1993-cü ildə ona dünya miqyasında məşhurluq gətirən What's Love Got to Do With It sinqlı üçün film çəkilir.
2013-cü ildə Ervin Bax ilə evlənən Tina Törner İsveçrə vətəndaşlığını qəbul edir və bu ölkəyə yerləşir. Törner ömrünün sonuna qədər Sürix yaxınlığında yerləşən kiçik Küsnaxt qəsəbəsində yaşayıb.
Törner müğənniliklə yanaşı həm moda ikonu olaraq, həm rəqsləri və aktyorluğu ilə adından söz etdirib.
Qeyd edək ki, bir neçə il əvvəl insult keçirən sənətçi xərçəng xəstəliyindən əziyyət çəkirdi.
qadinkimi.com