BURA / ORA
Dublin Ədəbiyyat Mükafatının qalibi açıqlanıb Tarix : 19 İyun 2019, 10:45
Yazar : Qadinkimi.com
Dünyanın ən nüfuzlu ədəbiyyat mükafatlarından olan Beynəlxalq Dublin Ədəbiyyat Mükafatının builki qalibi ABŞ-lı yazıçı Emili Ruskoviç oldu.

Türk mediasından aldığımız məlumata görə, 2019-cu ilin fevralında çap olunan "İdaho" romanı 100 min avro pul mükafatına layiq görülüb.

Yazıçı sevinc hisslərini belə bildirib: "Qazandığım mükafat o qədər böyük puldu ki! Tək bir romana bu qədər böyük bir mükafat verildiyinə inana bilmirəm. Bu pulla nə edəcəyimi hələ bilmirəm, amma artıq yazıçılığım üçün qazanclı seçimlər edə biləcəyimi düşünürəm”.
 

Mükafatı təyin edən bu ilki seçki komissiyası isə verdiyi açıqlamada İdaho-nun "musiqi, poeziya, ədəbiyyat və incəsənətin xilasedici  və yaxşılaşdırıcı potensialına sahib bir şah əsər" olduğunu bildirib.
 

Qeyd edək ki, Beynəlxalq "İMPAC” Dublin Ədəbi Mükafatı (İr. Duais Liteartha İdirnaisiunta Bhaile Atha Chliath) Dublin şəhəri, İrlandiya və "İMPAC” kompaniyasının birgə maliyyələşdirdiyi və romanlara verilən beynəlxalq ədəbi mükafatdır. Mükafat dünyanın ən zəngin ədəbi mükafatlarından biri olan "İMPAC” mükafatının həcmi 100.000 (yüz min) avrodur. Namizədlər bütün dünyanın ictimai kitabxanaları tərəfindən təqdim edilə bilər.
Mükafat Dublin Şəhər Şurası, məhsuldarlığın artımı üzrə Amerika investisiya fondu – İMPAC kompaniyasının birgə təşəbbüsüdür və Dublin Şəhər İctimai Kitabxanaları tərəfindən təqdim edilir.
 

Mükafatlandırma Dublin şəhərində keçirilsə də, kompaniyanın mənzil-qərargahı Floridada yerləşir. Mükafatın proqram məqsədlərindən biri də – Dublinin şöhrətini "Ədəbiyyatın Məkkəsi” kimi yenidən bərpa etməkdir. 
 
Dublin mükafatı təkcə maddi anlamda dünyanın ən böyük mükafatlarından deyil, eyni zamanda ən demokratik mükafatlarındandı. Belə ki, istənilən ölkədən və millətdən olan yazıçı bu mükafata əsər təqdim edə bilər. Yeganə tələb namizədliyi irəli sürülən kitabın mütləq ingilis dilində nəşr olunmuş olmasıdır.
 
 

qadinkimi.com

 
 
 

 


qadinkimi.com