BURA / ORA
Dilək İmamoğlu xəbər verir: İBB İstanbulda qadınlar üçün iki yeni sığınacaq açır - VİDEO Tarix : 29 Oktyabr 2019, 20:30
Yazar : Qadinkimi.com
İstanbul Böyükşəhər Bələdiyyəsinin İstanbulda qadınlar üçün sığınacaq açacağı xəbərini İBB rəhbəri Əkrəm İmamoğlunun həyat yoldaşı Dilək İmamoğlu sosial media hesabından "Yalnız deyilsiniz” başlığı ilə paylaşıb. 

İBB rəhbəri Əkrəm İmamoğlunun həyat yoldaşı Dilək İmamoğlu Twitter hesabından etdiyi açıqlama ilə İstanbulda qadınlar üçün iki yeni sığınacağın açılacağını xəbər verib. 
 


İmamoğlu mövzu ilə bağlı paylaşdığı videonu bu ifadələrlə paylaşıb: "Həyat yoldaşım İmamoğlu ilə birlikdə qadınların və uşaqların hər zaman yanında və dəstəkçisi olacağımızı söyləmişdik. İstanbulda qadınlara xidmət göstərəcək iki yeni qadın sığınma mərkəzi İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən tezliklə xidmətə hazır olacaq. Əsla yalnız deyilsiniz”.  

Türkiyə qanunlarına görə əhali sayı 10 minin üzərində olan yaşayış yerlərindəki bələdiyyələr qadın və uşaqlar üçün sığınacaq açmaq məcburiyyətindədir. Yəni İstanbuldakı 36 bələdiyyənin bir sığınacağa sahib olması lazımdır. Sığınacaqlarda maksimum 6 ay qalmağa icazə verilir. Qadının və ya uşaqların xüsusi bir ehtiyacı varsa və ya ehtiyacı davam edirsə bu müddət bir ilə qədər artırılır.
 
 

 

Hazırladı: Xumar Hüseynova
Qadinkimi.com