HƏR ŞEY / HEÇ NƏ
Dənli bitkilərin əhəmiyyəti Tarix : 25 May 2022, 03:46

Düyü.

3 xörək qaşığı xırda düyünü 5-6 dəfə yaxşı yuduqdan sonra , üzərinə su töküb soyuducuda saxlayın. Səhər düyünü süzüb, təkrar yumaq və qaynatmaq lazımdır. Bir az qaynatdıqdan sonra suyu yenə süzüb, qaynar su töküb 10 dəqiqə bişirmək lazımdır. Səhər acqarına yeməzdən qabaq, ən azı 1 stəkan su içmək məsləhətdir. 20 dəqiqədən sonra bişmiş düyünü yeyə bilərsiz.


 

Qidamızın


 

Belə səhər yeməyindən 3-4 saat sonra ikinci yeməyi yemək məsləhətdir. Bu müddət ərzində mədədə su və düyüdən başqa heç nə olmamalıdır. 40 gün bu qaydada davam etmək lazımdır. Bu prosedur 2 kq düyü tələb edir. Oynaq ağrılarınız tamam gedəcək. Bədəndən sidik turşusu və tərkibindəki zərərli elementləri kənar edir. Çəkini azaldır, artıq mayeni qovur.

 


Arpa.

 

Arpa dənində bakteriyalara öldürücü təsir edən maddələr aşkar edilmişdir. Arpa şəkəri yuxarı tənəffüs yollarının iltihabında, öskürək zamanı müsbət təsir edir.

Arpa dənlərindən həlim hazırlanır. Bu həlimdən mədə-bağırsaq xəstəlikləri, öskürəklər zamanı istifadə edilir. Həlimi hazırlamaq üçün 20 q arpa dəni1 stəkan suda 4-5 saat saxlanılır. Sonra 10 dəqiqə qaynadılır və süzülür. Alınan selikvari həlimdən gündə 4-6 dəfə 1 xörək qaşığı acqarına qəbul edilir(yeməkarası da olar).


 

 Arpa Suyu Diyeti ile Zayıflama, Faydaları, Tarifi - Nefis Yemek Tarifleri


Dəri problemləri, döşgəlmə problemində arpa səmənisindən hazırlanmış təpitmədən istifadə edilir. Cücərmiş arpa dənləri qurudub üyüdülür və bu undan təpitmə(xəmir)hazırlanıb həmin nahiyələrə qoyulur. İltihablı dəri sahəsi böyük olduqda arpa səmənisini vannaya əlavə edirlər. Xəstə bu vannaya daxil olur.

Uşaqlar üçün 0.5 kq, böyüklər üçün 1- 1.5 kq arpa səmənisi götürülür. Bu səmənini 30 dəq 2-3 litr qaynar suda saxlayıb süzür və vannaya əlavə edirsiniz.

Arpa səmənisinin sulu məhlulunu (2-3 xörək qaşığı arpa səməni unu 1 litr suda saxlanılır) azca şirinləşdirib(bal daha məsləhətdir) gündə 5-6 dəfə yarım stəkan içmək lazımdır. Bu orqanizmdə iltihablara qarşı, mədə-bağırsaq, böyrək və sidik yolları xəstəliklərində, hətta şəkərli diabetə qarşı istifadə edilir.(Əhməd Cabirİsmayıl oğlu Əhmədov vikipediya)

 

.

Yulaf.

 

Yulaf dənlərində çoxlu vitaminlər A, B1, B2, B6, E, K, nişasta, zülal, sellüloza, keratin, amin turşuları var. Bağırsaq qəbzliyi, bağırsaq köpü, mədə turşuluğunun azalması zamanı müsbət təsir edir.

 

 Yulafın Faydaları Nelerdir, Yulaf Nasıl Tüketilir? - Yemek.com

 

Ta qədimdən Rusiya ərazisində yulafdan kvas adlı içki növü və kisel hazırlanır. Bu içki növü çəki azlığından əziyyət çəkən insanlara iştah artırıcı, güc gətirici vasitə kimi verilirdi. Bu gün də istifadə edilir. Yulafın tərkibində başqa dənli bitkilərdən fərqli olaraq daha çox dəmir var, həmçinin Mn, Mg, Cl, Yod, kükürd, Zn, Ni kimi mikroelementlərlə zəngindir. Uşaqların ən çox sevdiyi yulaf sıyığı (gerkules)çox qiymətli ərzaq məhsuludur.

 


 

Hazırladı Cəmalə İbrahimova


qadinkimi.com