Mehriban Vəzir yazır...
Bakıda, Axundovun heykəlinin böyründə bir Muxtadır küçəsi var. Bu muxtadır nə deməkdir? Admı? Soyadmı? Nəhayət, aydınlaşdırdım.
Azərbaycan SSSR dövlət xadimi Salam Aydınbəyov öz tərcümeyi - halında yazır; Atam Müqtədir Aydınbəyov dahi rəhbərimiz Stalindən tərbiyə almış fəal inqilabçı olmuş... Stalin yoldaşın göstərişlərini yerinə yetirirdi. ...Özümün və arvadımın qohumlarından heç kəs repressiyalara məruz qalmamış, ağqvardiyaçı qoşunların və milli hökumətlərin müəssisələrində olmamışdır. Təkcə 90 yaşlı əmim keçmişdə molla olduğuna görə səsvermə hüququndan məhrum edilmişdir.
Əmimlə mənim heç bir əlaqəm olmamış (İmtina ənənəsi yeni deyilmiş!) və hazırda da yoxdur. Mənim və arvadımın qohumlarından xaricdə olanı yoxdur. Arvadım fəhlə ailəsindədir, Atam 1919-cu ildə Bakı Kommunası partiya təşkilatı tərəfindən Sovet hakimiyyətini bərpa etmək tapşırığı ilə Quba şəhərinə göndərilmiş və burada əksinqilabçı müsavatçılar tərəfindən vəhşicəsinə öldürülmüşdür. Bu da Muxtadır...