Qadın futbolçular arasında Avropa
çempionatının qalibi müəyyənləşib.
İngiltərə
yığması tarixində ilk dəfə qitənin ən güclüsü adını qazanıb.
Londondakı "Uembli" stadionunda keçirilmiş final
matçında yerli komanda Almaniyaya əlavə vaxtda qalib gəlib - 2:1. Hesabı 62-ci
dəqiqədə ingiltərəli Ella Tun açıb. 74-cü dəqiqədə Lina Maqull bərabərlik
qolunu vurub və oyunun taleyini əlavə vaxta daşıyıb.
111-ci dəqiqədə isə Kloi Kelli İngiltərə millisinin qələbə
topunun müəllifi olub. Kelli qol sevincini futbolkasını əynindən çıxararaq qeyd
etdiyi üçün ukraynalı referi Katerina Monzuldan sarı vərəqə alıb.
Qeyd edək ki, yarımfinalda İngiltərə İsveçi 4:0, Almaniya isə
Fransanı 2:1 hesabı ilə üstələyib.
Qadinkimi.com