BURA / ORA
Bu gün dünyada Subaylar Günü çılğınlığı yaşanır Tarix : 11 Noyabr 2019, 16:29
Yazar : Qadinkimi.com
Günün ilk saatlarında 24 milyard dollarlıq alış-veriş edilib 
Çinin ən böyük e-ticarət şirkəti Alibaba, Sevgililər Gününə alternativ olaraq yaradılan 11 Noyabr Subaylar Günü ilə bağlı ilk rəqəmləri açıqlayıb. Məlum olub ki, bu ilki subaylar gününün ilk saatlarında 24 milyard dollarlıq satış həyata keçirilib. Bu günün sonunda satışların keçən ilki30 milyard dollarlıq həddi keçəcəyi gözlənilir. 

Ötən il şirkət satışa başladıqdan 85 saniyə sonra 1 milyard dollar və 10 milyard dollarlıq bir rekord dövriyyəyə sahib olub. 2009-cu ildən bəri Alibaba, Subaylar Günündə ABŞ-da Qara Cümə və ya Kiber Bazar kimi məhsullarına böyük endirimlər təklif edir. 

Subaylar Günü 1993-cü ildə 14 Fevral Sevgililər Gününün əksinə olaraq başlayıb. Buna görə də subaylar öz günlərini qeyd edə bildilər.

Anti-Sevgililər Günü

11 noyabr tarixinin Çində və bəzi Cənub-Şərqi Asiya ölkələrində qeyri-rəsmi subaylar günü kimi qeyd edilməsinin səbəbi, bu tarixin təkliyi təmsil edən dörd 1 rəqəmdən ibarət olması və 11/11 tarixində yazılmasıdır.

Alibaba, 3 həftə əvvəl Subaylar Günü üçün əvvəlcədən sifariş verməyə başladı. Şirkətin bazar günü elan etdiyi məlumata görə, yalnız Estee Lauder məhsulları üçün 143 milyon dollarlıq sifariş alındı. Şirkət 11 milyon dollar dəyərində iPhone 11 satdığını açıqladı.
 


Hələ ABŞ-a sıçramayıb 

Şirkətin Subaylar Günündəki satış həcmi Qara Cümə və Kiber Bazar ertəsi günlərinin cəmindən artıqdır. Çində JD.com kimi digər elektron ticarət platformaları, Subaylar Günündə böyük endirimlər təklif edirlər. Alibaba'nın Cənub-Şərqi Asiyadakı törəməsi Lazada; Sinqapur, Malayziya, İndoneziya, Tayland və Vyetnam bu gün endirim satışları edir.

Singles Day satışları hələ ABŞ-da geniş yayılmayıb. Bununla paralel, Nike və Brook Brothers kimi şirkətlər də veb saytlarında Subaylar Günü endirimlərini təklif etməyə başlayıblar. 

Ümumiyyətlə, bu alış-veriş çılğınlığının böyüklüyünə görə Greenpeace Subaylar Gününü "ətraf mühit üçün bir fəlakət" olaraq xarakterizə edib. Greenpeace-ə görə, 2016-cı ildə bu alış-veriş tədarükü 52.400 ton karbon qazı tullantılarına səbəb oldu. Bu, 524 min ağacın ömrü boyu udduğu karbon qazının miqdarına bərabərdir.

Həmin il Subaylar Günündə satış 18 milyard dollar idi.

Mənbə: musavat.com
qadinkimi.com