BURA / ORA
Britaniyada nazir aktivistə hücum çəkdi-işdən çıxarıldı - FOTO / VIDEO Tarix : 21 İyun 2019, 13:51
Yazar : Qadinkimi.com
İngiltərədə Maliyyə Naziri Filip Hammondun təşkil etdiyi toplantıda Greenpeace aktivistlərinin bir anda salona girməsi ilə vəziyyət qarışıb. Böyük Britaniyanın Orta Şərq məsələləri üzrə dövlət naziri Mark Field aktivistlərdən birinə hücum edib. Bu şiddətə görə o, işindən uzaqlaşdırılıb.

The Guardian qəzeti xəbər verir ki, Marc Field Londonun Böyükşəhər Bələdiyyə binasında hər il təşkil olunan ziyafətə gələn bir Greenpeace aktivistinin boynunu kobud şəkildə tutduğuna görə tənqidlərə məruz qalıb. 

İnsident eko-aktivistlərin ziyafət verilən zala daxil olaraq spikerin çıxışına mane olmasından sonra baş verib. Təbiət mühafizəsi ilə bağlı şüarları meqafona qışqırmaq istəyən aktivistə heç kimin müdaxilə edə bilmədiyini görən siyasətçi qızın boynundan tutub sütuna tərəf itələyərək zaldan çıxarıb. Tədbirdən sonra nazir bu kobud hərəkətinə görə üzr istəyib və aktivistin silahlı olduğunu zənn etdiyini bildirib. Bu reaksiyanı "instinktiv olaraq" verdiyini deyib. "Baş verənlərə görə dərindən təəssüf edirəm və həmin xanımdan üzr istəyirəm” deyə bildirib.
Siyasətçi hadisənin araşdırılması səbəbi ilə vəzifədən uzaqlaşdırılıb. Bu qərarın ölkənin baş naziri Tereza Mey tərəfindən verildiyi bildirilir.
 








 


Qadinkimi.com