Braziliya parlamentində keçirilən innaqurasiya mərasiminə dərin dekolteli al qırmızı kostyumda qatılan millət vəkili Ana Paula da Silva təhqirlərə və təhdidlərə məruz qalıb. Onu hətta təcavüzlə hədələyənlər də olub. Onu təhdid edənlər arasında hətta əyalət polis təşkilatından bir məmur da var.
Lakin millət vəkili bütün bunlara rəğmən stilindən vaz keçməyəcəyini, onu təhdid edənləri məhkəməyə verəcəyini deyib.
Anna Paula özünü feminist hesab edir. Senator qeyd edib ki, o, açıq-saçıq geyimi ilə kişilərə qadının azad və müstəqil olmasını bir daha xatırlatmaq istəyib. Təhqir və tənqidlərdən təngə gələn xanım belə deyib: "Bəli, böyük sinəm var və hər zaman belə idim, millət vəkili seçiləndə başqa qadına çevrilmədim. Cazibədaram eyni zamanda siyasətlə məşğulam, buna artıq öyrəşin! İndi parlamentdə müzakirə olunması vacib olan daha əhəmiyyətli mövzular var!”
qadinkimi.com