HƏR ŞEY / HEÇ NƏ
Bitkilər bağırsaq parazitləri ilə mübarizədə Tarix : 18 May 2022, 00:21


Bağırsaq qurdlarına hər yaşda-böyüklərdə və uşaqlarda rast gəlinir. Adətən halsızlıq, iştəhasızlıq, baş ağrıları, xəfif ürəkbulanmaları, yuxuda ikən ağızdan maye axıntısı, diş qıcaması kimi əlamətlərlə müşahidə olunur. Bağırsaq parazitlərinə qarşı bitkilərlə mübarizə üsulları ta qədimdən məlumdur.

 

 


 

Kəklikotu 

 

Kəklikotu — Vikipediya


Öncədən qeyd edək ki, hamilə qadınlara əks göstəricidir. İlk üç aylığında düşük baş verə bilər.

Uşaqlar bir çay qaşığı, böyüklər bir xörək qaşığı yabanı kəklikotu yarpaqlarını, nahardan əvvəl və nahardan sonra çeynəmədən udmalıdırlar. Su ilə içə bilərlər. Bir həftə boyu bunu etmək lazımdır.

Sarımsaq.

Geniş spektrli müalicəvi əhəmiyyəti olan sarımsaq qurdların təmizlənməsində də böyük əhəmiyyətə malikdir. 21 gün ərzində gündə 2 diş sarımsaq yemək lazımdır.Əzib vazelinlə qarışdırıb narahat nahiyəyə sürtün.7 gün ərzində acqarına səhər-səhər 3 diş sarımsaq yemək bağırsaq iltihabında effektlidir.

 


Balqabaq tumu


Bağırsaq qurdlarını tökən ən təsirli vasitələr » Ahlibeyt.ge


Xüsusilə çətin təmizlənən öküz sölüterinin ,həmçinin digər parazit qurdların təmizlənməsində çox güclü vasitədir. Uşaqların ½, böyüklərin 1 stəkan qovrulmamış balqabaq tumunu əzib yeməsi lazımdır. 20 dəqiqədən sonra 3 saat ərzində bağırsaqdakı bütün qurdlar ölmüş halda töküləcək.

 


Yeməli tülküqulağı göbələk


 

Ümumi Tarix 7-cı sinif


Qurudulmuş halda istifadə etməklə parazit qurdlarını, sürfələrini tökmək olar.Tərkibində olan xinomanos adlı maddə qurdları öldürür.

 

 


Ananas


Tərkibindəki bermilay maddəsi hesabına qurdlar üçün əlverişsiz mühit yaradır.

 


Yerkökü

 


Rəndələyibyeməklərə əlavə etmək və şirəsini qəbul etmək bağırsaqların işini yaxşılaşdırmaqla qurdlara qarşı təsir göstərir.

 


Razyanameyvələri(toxumları)

 


Bir çox xəstəliklərdə istifadə edilir. Antioksidant və güclü təbii antibiotikdir. Raziyana toxumlarından hazırlanmış çay qurdqovucu effektə malikdir.

 

 

 

 

 
 

 
 

Cincilim

 Cincilim — Vikipediya



Toplayıb qida kimi ta qədim zamandan istifadə edilir.Yara-xora larda, çibanlar, sızaqların təmizlənməsində müsbət təsiri var. Cincilim suyundan mədəbağırsaq ağrılarında, sidik qovucu kimi, qəbzlikdə istifadə olunur. Qanın keyfiyyətini yaxşılaşdırır. Qaraciyərin işini tənzimləyir, ödqovucudur. Zoğlar yığılıb qurudulur toz halında istifadə edilir. Ürəkağrıları,aritmiya,zob xəstəliklərində, artrit, qıcolmalarda yaxşı vasitədir.

Şəkər xəstələrinə çox xeyirdir. Təsir spektrinin genişliyinə görə Jenşen kimi qiymətləndirilir. Yaşıl kütləni əzib maska kimi üz dərisinə çəkmək məsləhətdir. Təzə halda bişirib yemək olar. Şirələrə qatışdırıb səhər yeməyində istifadə etmək çox xeyirlidir. Əsəb sisteminin müalicəsində, streslərdə antidepressant çayı kimi içilir(dəmləyərkən stəkana qapaq qoymayın).

 


Dəmrovotu


 Dəmrovotu - dəri problemlərinə son


Çoxillik, 50sm-1 m hündürlüyündə ot bitkisidir. Zəhərlidir. Bütün yay ərzində, may ayından başlayıb sentyabra kimi toplamaq olar.Hər yerdə bitir. Çox müalicəvi əhəmiyyəti var. Onkologiyaya qarşı müvəffəqiyyətlə istifadə etmək olar. Neyrodermit, ekzoma, popimları, xroniki hepatiti müalicə edir. Ziyilləri təmizləmək olur. Qanayan damarları(paradantoz) sağaltmaq olur. Kökü, yarpağı, çiçəkləri və toxumlarından istifadə etmək olur.

Toplayıb xırda doğramaq, kölgədə qurutmaq lazımdır.

Yaşıl kütlədən təzə sirop hazırlayıb qaraciyər və öd yollarını təmizləmək olur. Əzilmiş kütlədən bir xörək qaşığı götürüb üzərinə bir qaşıq şəkər tozu töküb bir müddətdən sonra sıxıb həmin şirəni ac qarına içmək məsləhətdir.

 


Üçyarpaq yonca

 

Çəmənlik üçyarpaq yoncası — Vikipediya

 


Bağırsaq qəbzliyi üçün çox yaxşı vasitədir. Çəhrayı rəngli çiçəkləri toplayıb qurudulur. Bir xörək qaşığına bir stəkan qaynar su töküb 20 dəq dəmləndikdən sonra yeməkdən əvvəl içmək məsləhətdir.

 


Dəvətikanı

 


 Dəvətikanı | Flora | Kayzen

 


Boş ərazilərdə bitər. Qaraciyərin piylənməsinin, xərçəngin qarşısını alır. Dərini təmizləyir. Qurumuş tükcüklü çiçək başlıqlarını qopardıb içərisindəki toxumları toplayırlar. Qara toxumlardan gündə 4-5 ədəd yemək lazımdır. Çay kimi dəmləyib içmək olar. Toxumlarından yağ alınır. Bu yağdan ağrıkəsici kimi də istifadə edilir.

 


 

                                                      *****


Damarları xolesterindən təmizləmək üçün zeytun yağı və kətan yağı məsləhətdir. Tərkibində omeqa-3, omeqa-6 var.

Alma turşusu alma sirkəsində boldur. Qanı duruldur, qan təzyiqini tənzimləyir.

 

Qırmızı çuğundur K, Ca, Zn kimi mikroelementlərlə zəngindir. İnfarktın qarşısını alır. Çiy yeyilməsi daha məsləhətlidir.

 

Sarımsaq və limon qarışığı da damar divarlarının xolestorol kirəclərindən təmizlənməsi üçün ən səmərəli mübarizə vasitəsidir.

 

Bu sadalanan vasitələr qanın tərkibinin təmizlənməsi və durulmasında, zərərli xolestorolun azalmasında effektlidir.

 

 

 

 
Sağlamlığınıza diqqət edin!
 
 

 
Hazırladı Cəmalə İbrahimova
 
qadinkimi.com