Bir gün müəllimlər otağında imtahan vərəqlərini oxuyurdum.
Bir tərəfdən də qız şagirdlərimin səhv olan cavablarını silib, sinifi keçmələri üçün lazım olan qiyməti alsınlar deyə bəzi düzəlişlər edirdim.
Bu durum müəllimlər otağına daxil olan bir nəfərin diqqətini cəlb etdi.
Yaxınlaşıb qız şagirdlərimin imtahan vərəqlərini niyə dəyişdirdiyimi soruşduqda cavabım belə oldu:
"Bu qızlar dərsdə uğursuz olarsa, ataları onları məktəbdən çıxarıb 12-13 yaşında ərə verəcək. Amma siniflərini keçsələr, evlilik yaşları ən azından 15-16 olacaq. Üstəlik ən tənbəl şagird belə dərsdə mütləq nəsə öyrənəcək”.
Yarım saatdan sonra məktəb direktorumuz mənə zəng etdi.
Müəllimlər otağında nə işlə məşğul olduğumu soruşdu.
İmtahan vərəqlərini oxuduğumu deyəndə müdir:
"Yaxşı, sənin yanına bir bəy gəldi, ona nə dedin? deyə soruşdu.
Müəllimlik məktəbini təzəcə bitirmişdim və idealist bir təbiətə malik idim. Gəncliyin gücü ilə qəzəblə "Məni sizə şikayət etdi həmin o bəy? deyə soruşduğum zaman müdir cavabında bildirir:
"O, bəy müfəttişdir. Yanıma gəldi və "Müdir bəy, sizi yoxlamağa ehtiyac yoxdur, kəskin zəkaya malik, gənc müəllimləriniz var. Xüsusilə də o üstün zəkalı müəllimə təşəkkürümü çatdırın...” deyib getdi”.
qadinkimi.com