BURA / ORA
Bələdiyyə seçkiləri başa çatıb Tarix : 23 Dekabr 2019, 21:56
Yazar : Qadinkimi.com

Bu gün keçirilən bələdiyyə seçkilərində yekun seçici fəallığı açıqlanıb.


Qadinkimi.com Qaynarinfo-a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, seçki məntəqələrində seçici fəallığı 32.72% faiz olub.


O, səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfərinin səs verdiyini bildirib.


Bildirilir ki, bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib. 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməlidir. Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib.


Seçki prosesini izləmək üçün 1000 məntəqədə vebkameralar quraşdırılıb. Həmin məntəqələrdəki səsvermə prosesi dünyanın istənilən nöqtəsindən izlənilib. Eyni zamanda ilk dəfə olaraq yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması üçün bütün seçki məntəqələri "çip oxuyan” cihazlarla təmin edilib.


Qeyd edək ki, bələdiyyə üzvlüyünə namizədliyini Neftçala rayonunun Xolqaraqaşlı kəndindən irəli sürən Vəfa Nağı öz şəxsi facebook səhifəsində seçkidə uğur qazandığını bəyan edib.

 

 


qadinkimi.com