HƏR ŞEY / HEÇ NƏ
Bədənin təhlükələr zamanı verdiyi siqnallar Tarix : 17 Mart 2021, 07:58

Orqanizm səhhətiniz üçün təhlükəli vəziyyətlər olduqda, öncədən xəbərdaredici siqnallar verir.
Bir çox xəstəliklər əsəbdən, zəif qidalanmadan, vitamin, mineral çatışmazlığından yaranır.

Getdikcə bunlar daha ciddi xəstəliklərə səbəb olur.
 
Medicina.az bədənin hansı siqnallarına diqqətli olmağın vacibliyini təqdim edir:

1. Əl-ayaq, üzdə keyləşmə, uyuşma, yanma hissi

B qrup vitamini, maqniy, kalsium çatışmazlığının əlamətidir. Vaxtında qəbul edilməzsə anemiya, depressiya, xroniki yorğunluğa səbəb olur.

2. Bədəndə, yanaqlarda, ayaqlarda ağ səpkilər, sızanaqlar

A, D vitamini və yağ turşularının əskikliyini göstərir. Bu hal hormonal pozulma yaradır və daha ciddi fəsadlara yol açır

3. Üzdə qırmızı səpki, qaşınma

Biotin əskikliyidir.

4. Ağız kənarında ağrılı çatlar

B qrup vitamin əskikliyi, dəmir defisiti, anemiya, diabet, mədə-bağırsaq xəstəlikləri
Bu simptom varsa, mütləq terapevtə gedib, ciddi yoxlanmaq lazımdır.
 
 
 Bədənin təhlükələr zamanı verdiyi siqnallar – İQNOR ETMƏYİN