BURA / ORA
Baş nazir Jacinda Ardern iki illik işini 2 dəqiqəyə sığışdırmağa çalışıb - VİDEO Tarix : 05 Noyabr 2019, 13:28
Yazar : Qadinkimi.com
Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern iki dəqiqəlik videoda iki illik uğurlarını sadalayır

Baş nazir sosial mediada yayımladığı iki dəqiqəlik video ilə bir daha dünyanı heyrətləndirdi.

Ardern hökumətin iki ilik işini 2 dəqiqəyə sığışdırmağa çalışıb. Euronews tərəfindən hazırlanan videoda xanım nazir son 11 ildə işsizliyin ən aşağı səviyəyə gətirilməsindən, 92 min insanın işlə təmin edilməsindən, xarici fond bazarının (off-shore) spekulyatorlarına qadağa qoyulmasını, radiasiya nəticəsində yaranan xərçəng xəstəliyinin tibbi araşdırmasının başladılmasını, eyni zamanda bir xərçəng mərkəzi qurulduğunu, yarım milyondan çox insana daha ucuz sağlamlıq xidməti yaradılmasını, minimum əmək haqqının saatı 17 dollara qədər yüksəlməsini, 140 milyon ağac əkildiyini, dəniz və göllərin təmizləndiyini, məktəblərə dəstəyin artırılması, məktəblilərə pulsuz nahar yeməyinin verilməsi, ailə içi və cinsi şiddətə qarşı böyük yatırımlar edildiyini, narkotik aludəçiləri üçün reabilitasiya mərkəzlərinin, müalicə olunmaları üçün hər şəraitin yaradılmasını, müəllim, tibb işçisi və polislərə daha yüksək əmək haqqının verilməsini, ev kirayəsinə standart qiymətin qoyulmasından, evsizləri evlə təmin etmək üçün işlər görülməsinəcən hər şeydən danışıb. 

 
 

Baş nazir Ardern kimdir?
  

Jacinda Kate Laurell Ardern-Yeni Zelandiya siyasətçisi. 
Vaikato Universitetinin məzunu. Yeni Zelandiya İşçi Partiyasının üzvü. 19 oktyabr 2017-ci ildə Yeni Zelandiyanın 40-cı baş naziri seçilib və 26 oktyabr 2017-ci ildə görəvinə başlayıb. Kapitalizmə qarşı cəsarətli açıqlamaları ilə diqqət çəkib. 



qadinkimi.com