BURA / ORA
Azərbaycanlı iş adamı doğulduğu kənddə insanların borclarını ödədi - Örnək davranış Tarix : 11 İyun 2019, 12:50
Yazar : Qadinkimi.com
Şəki rayon Böyük Dəhnə kəndinin sakini Əhməd Ömərov doğulduğu kənddə sakinlərin mağazaya olan borclarını ödəyib.

Qadinkimi.com Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə jurnalist İlkin Mustafayevin öz "facebook" səhifəsində məlumat paylaşıb. O qeyd edib ki, hadisə Ramazan Bayramı ərəfəsində baş verib. İ. Mustafayev məlumatla yanaşı foto da yayımlayaraq qeyd edib ki, bu xeyirxah biznesmenin oğlu da tanınmış müğənnidir. Jurnalistin paylaşdığı həmin məlumatı təqdim edirik:

"Bu qırmızı dairəyə aldığım kişinin adı Əhməddir, digəri də müğənni oğlu - Ülfət. Əhməd kişi həmkəndlimdir. Rusiyada yaşayır, bizneslə məşğuldur. Ramazan bayramında gəlib kəndə, yaşadığı küçədəki mağazada (yüzdən çox ailə alış-veriş edir) olan "nisyə dəftərini" hesabladıb və bütün borcları ödəyib. Dəftəri də cırıb atıb. İnsanlar mağazaya borclarını ödəməyə gedəndə, mağaza sahibi bütün borcların silindiyini bildirib. Əhməd əmi bu əməlini gizli saxlamağa çalışsa da, sonradan bu addımı onun atdığı bəlli olub. Kəndimin belə oğulları ilə fəxr etməmək mümkün deyil..".

 


Mənbə: yeniavaz.com