YAZI / DÜŞÜNCƏ
Aysel Əlizadə deyir ki... Tarix : 29 Aprel 2020, 16:23
Yazar : Aysel Əlizadə

* Xalq bəşəriyyətin inamını, sayğısını qazanarsa, pasportunda nə yazacağını özü müəyyən edə bilər.


* Xalq özünü necə təqdim edəcəksə, elə də qəbul olunar.


* Dövlətin qanunları bütün vətəndaşlara aiddir.


* Dövlət ona görə mövcuddur ki,keyfiyyətli cəmiyyət formalaşdıra bilsin.


* Cəmiyyətin təhsil sutunları möhkəm olmalıdır.


* Cəmiyyətin sosialoji sağlamlığı vacibdir.


* Sosial səbəblər perspektivlərin qarşısını alır. Cəmiyyətin çökməsinə səbəb olur. Cəmiyyətin çökməsi insanların məhvi deməkdir.


* Təfəkkürün vətəni azadlıqdır.


* ”Milli təfəkkür”millətin təfəkkür modelidir. Millətin ortaq keyfiyyətidir.


* Azadlıq boyun əymir. Azadlıq ruhdur, havadır, sonsuzluqdur.


* Demokratiya prosesdir. Azadlıqsa təbii haldır.


* İnsanın təbii halı onun azad halıdır.

 
 
 

AYSEL ƏLİZADƏ
qadinkimi.com