UŞAQ / BÖYÜK
"Atalar-oğullar” problemi bütün dövrlərdə aktual olub Tarix : 02 İyul 2020, 15:49

Atalar və oğullar...

Köhnə yazıları qaydaya salarkən ötən əsrdə qələmə aldığım qeydlər diqqətimi cəlb etdi. Məncə, maraqlı bir məsələyə toxunmuşam o qeydlərdə.

Bu məsələ həmişə gündəmdədi.

Atal"ar-oğullar” problemi bütün dövrlərdə aktual olub. Və dünyanın bütün düşünən insanları bunu təbii hal kimi qəbul edib. Hər halda, daha çox Avropa cəmiyyəti və ictimai fikri nəsillər arasındakı bu "əbədi təzadı” inkişafın əsas stimullarından biri kimi dəyərləndirib. Bir nəsil o biri nəsli qəbul etmir - zahirən bu, xoşagəlməz təsir bağışlayır. Hətta, bunu tərbiyəsizlik əlaməti kimi anlayanlar da ola bilər.

 

 balacastudio Instagram posts (photos and videos) - Instazu.com


Amma burası da var ki, özündən əvvəlki nəslin "çatışmazlığını” qəbul etməyən yeni nəsil, istər-istəməz öz "yaratdığını” ortaya qoymalı olur; yəni bu o deməkdir ki, ay yaşlı nəslin əziz nümayəndələri, baxın bu sizin yaratdığınız, bu da bizim... Görün, hansı daha üstündür? İnkişafı niyə görmək istəmirsiz?

Yeni köhnəni inkar edir. Amma bününla belə, köhnənin əsasları üzərində formalaşır. Beləliklə, inkar həm də inkişafın atributuna çevrilir.

Şərqdə isə vəziyyət bir qədər başqa cürdür. Burada köhnə ilə yeni arasında daha çox bir "anlaşma” gedir. Yeni köhnənin rəyini Quran ayəsi kimi qəbul edir, onun istəyi ilə oxuyur, işləyir, evlənir, köhnədənqalma prinsiplərini əsas götürərək biri ilə dost və digəri ilə düşmən olur, hətta çox zaman köhnənin və köhnəliyin davamçısına çevrilir. Köhnə ilə yeninin, atalarla oğulların bütün məsələlrdə və müxtəlif zamanlarda eyni prinsiplərdən çıxış edib eyni həyat və düşüncə tərzi yaşaması çox zaman həyatın bir çox sahələrinin tərəqqisi ilə deyil, tənəzülü ilə nəticələnir.

 

 

Firuz Mustafa

 

qadinkimi.com