BURA / ORA
Bu gün Litvada "Ata Günü" keçirilir Tarix : 02 İyun 2019, 11:29

Hər il iyunun ilk bazar günü Litvada rəsmən "Ata günü" keçirilir (Tėvo diena). İllər əvvəl nazirlər kabineti hökumət iclasında qərar verib ki, "Ata günü" rəsmi bayram statusu alsın. Əvvəllər Litvada təkcə mayın ilk bazar günü keçirilən "Ana günü" rəsmi bayram idi. Bu şəkildə isə Litva hökuməti balans yaratmaq qərarına gəldi.
"Ata günü" həm də ona görə rəsmi bayram statusu aldı ki, atalar öz valideynlik məsuliyyətlərini daha yaxşı anlasınlar. Onların uşaqların tərbiyəsində vacib rol oynadıqları qabardılsın. Hökumət üzvləri açıqlamalarında "analıq rolunun vacibliyini heç kimin mübahisələndirmədiyini" deyiblər. "Amma ata da eyni cür valideyndi və onun məsuliyyəti anadan az ola bilməz".
Təəssüf ki, analar günü xüsusi vurğulanmaqla təkcə qadının zəhmətini, hüququnu önə çəkmək mahiyyətinə xidmət etmədi. Həm də dönə-dönə üzərində dayanılan "uşağın tərbiyəsində əsas anadı" fikri insanların beyninə yeridildi. Nəticədə uşağın tərbiyəsi həqiqətən ananın üzərində qaldı.
Litva hökumətinin fikrinə görə, "Ata günü" ailə münasibətlərinin, övlad yetişdirməyin, ata-övlad-ana halqasının möhkəmliyinə və sağlamlığına xidmət edəcək.  Qeyd edək ki, hər il Beynəlxalq Atalar Günü iyunun 3-cü istirahəti, Beynəlxalq Kişilər Günü isə noyabrın ilk şənbəsi keçirilir.

Qadinkimi.com