BURA / ORA
Amsterdama ilk dəfə bir qadın rəhbərlik edəcək Tarix : 08 İyul 2018, 16:12
Yazar : Qadinkimi.com

Hollandiyanın paytaxtı Amsterdam, tarixdə ilk dəfə qadın mer tərəfindən idarə olunacaq.


Amsterdam Şəhər Şurasının ən böyük sol qrupu olan Yaşıl Sol Partiyanın (GL) köhnə lideri Femke Halsema, Amsterdamın yeni bələdiyyə başçısı seçildi. 


Önümüzdəki günlərdə, Halsema rəsmi olaraq Kral Villem - Aleksandr tərəfindən təyin edilərək, 6 il ərzində bələdiyyə rəisi kreslosunda oturacaq. 


Amsterdam 1946- cı ildən 2017- ci ilə qədər yalnız sosial demokrat meylli İşçi Partiyalı (PVDA) bələdiyyə başçıları tərəfindən idarə olunub.
İşçi Partiyasının son rəhbəri Eberhard van der Laan keçən il xərçəng xəstəliyindən həyatını itirdiyi üçün, köhnə bələdiyyə başçısı Jozias van Aartsen müvəqqəti olaraq onun yerinə təyin edilib. Ancaq sağçı rəhbərin dövrü uzun sürməyib.


"Cəsarətli, qətiyyətli və mərhəmətli" namizəd axtarışına çıxan
Amsterdam Şəhər Şurası aprel ayında rəhbərlik üçün müraciət çağırışı edib. Şuranın anonsunda da elə bu cür - yeni rəhbərin "cəsarətli, qətiyyətli və mərhəmətli" olması şərti ilə seçiləcəyi vurğulanıb.


İlk mərhələdə bələdiyyə başçılığı üçün az sayda istək olsa da, ikinci turda 16 qadın və 69 kişi olmaqla ümumilikdə 85 nəfər insan iştirak edib.
Ərizələri araşdıran Gizli Məsləhət Şurası, Amsterdam Bələdiyyə meri vəzifəsinə Yaşıl Sol Partiyanın köhnə lideri Halsemanı məsləhət bilib.
Yaşıl Sol Partiya mart ayında keçirilmiş yerli seçkilərdə Amsterdam Şəhər Şurasının ən çox yer qazanan partiyası olub.
İdarə heyəti "şəhəri və problemlərini yaxından tanıdığına görə və cəmiyyətin müxtəlif təbəqələri üçün birləşdirici rol oynaya biləcəyi"ni əsas gətirərək seçimini qadın siyasətçidən yana edib. 


Hollandiya Kəşfiyyat Təşkilatının (AIVD) təhlükəsizlik araşdırmasından sonra, Kral Villem - Aleksandr Halsemanı rəsmi olaraq vəzifəyə təyin edəcək.
Hollandiyada yerli hökumət mövqeyindəki bələdiyyə məclisləri xalq tərəfindən seçilir. Bələdiyyə başçıları isə, məclisin təklifi ilə kral tərəfindən təyin olunur.
Amsterdam Şəhər Şurasının həddindən artıq sağçı qrupu Halsemanın "kifayət qədər təcrübəsi olmadığı" səbəbiylə bələdiyyə başçısı olmasına qarşı çıxırdı.


Femke Halsema kimdir?


Amsterdamın ilk qadın bələdiyyə başçısı Halsema, 1966- cı ildə dünyaya gəlib. Sosial demokratik bir ailədən gələn qadın siyasətçi, Utrext Universitetində sosial elmlər üzrə oxuyub.


1993- cü ildə İşçi Partiyasında vəzifəyə gələrək siyasətə atılan Halsema, Amsterdam polisinin 1997- ci ildə keçirilən Avropa Zirvəsi etirazlarına qarşı olan mövqeyinə sərt münasibət göstərərək partiyadan istefa verib.


1998 - ci ildə Halsema Yaşıl Sol Partiyasından millət vəkili seçilərək parlamentə daxil olub.  2002 - 2010 illər arasında partiyanın liderliyini öhdəsinə götürən Femke Halsema, 2011- ci ilin yanvarında siyasətdən getdiyini açıqlayıb.


Həyatına nəşriyyat və köşə yazarlığı ilə davam edən Halsema, iki uşaq anasıdı və uzun illərdir ki, Amsterdamda yaşayır.